“Fly BVLOS”, SANCAK və tibbi ləvazimatları zəlzələ bölgəsinə daşıyacaq yeni model JACKAL-M PUA-ları ilə axtarış-xilasetmə işlərində fəal iştirak edir. “Fly BVLOS”, zəlzələ bölgəsində 5 İHA-2 (15 kq faydalı yük) və 6 İHA-1 sinfinə məxsus PUA ilə fəaliyyətini davam etdirir.

Zəlzələdən sonra havaya qalxan PUA-lar təcili ehtiyac duyulan həyati dəstək paketlərini daşıyır, əlçatmaz ərazilərdə canlı yayım görüntülərini təhlil edir və səlahiyyətlilərə ötürür. Kahramanmaraş və Qaziantepdə yerləşən “Fly BVLOS Technology” ümumilikdə 10 vilayətə təsir edən böyük zəlzələ bölgəsində Türk Qızıl Aypara Cəmiyyəti, AFAD və digər ictimai qurum və təşkilatlarla koordinasiyada PUA və operatorlarla fəaliyyət göstərir.
Zəlzələdən sonra axtarış-xilasetmə işlərinin mühüm tərkib hissəsi olan tibbi ləvazimatların çatdırılmasında PUA-ların tətbiqi prosesi sürətləndirə və personalın əhəmiyyətli iş yükünü azalda bilər.
Türkiyə PUA-ları fəlakət bölgələrində fasiləsiz işləyir
Türkiyə Milli Müdafiə Nazirliyi, axtarış işlərinə dəstək məqsədi ilə zəlzələ bölgələrinə göndərilən PUA-ların AFAD-ın koordinasiyasında zəlzələ bölgələrindən alınan görüntü və məlumatları ötürərək axtarış-xilasetmə və logistik fəaliyyətlərə töhfə verdiyini açıqlayıb: “Türkiyə Silahlı Qüvvələrimizin PUA-ları zəlzələ bölgəsində dağıntı və tələfatın müəyyən edilməsi, axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir”.
Bildirildiyi kimi, zəlzələ bölgələrində müşahidə aparan PUA-lar arasında AKSUNGUR, AKINCI və “Bayraktar” TB2 var. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş əraziyə yayılan zəlzələnin təsirlərinin daha sürətli və ətraflı aşkarlanması üçün PUA-ların tətbiq edildiyini ifadə edib.
Sevinc Əliyeva
Ordu.az