ASELSAN-ın kvant laboratoriyasında ilk şüalanma həyata keçirilib

2023/01/1674894854.jpg
Oxunub: 1781     15:56     28 Yanvar 2023    
Türkiyənin ASELSAN şirkətinə məxsus Kvant Texnologiyaları Tədqiqat Laboratoriyasında (KUANTAL) ilk şüalanma həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

KUANTAL kvant texnologiyaları (kvant radar, kvant LIDAR və s.) üzrə tədqiqatlar aparmaq üçün nəzərdə tutulub.

Adi radarlarla aşkarlana bilməyən hədəfləri təsbit edə bilən kvant radar (KUDAR) və varlığı təsbit edilə bilməyən görünməz hədəfləri ortaya çıxara bilən kvant LIDAR texnologiyaları barədə məlumat ötən ilin sonunda Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən elan edilib.

Qeyd edək ki, ABŞ, Çin və Avstraliya hələ də inkişaf mərhələsində olan kvant radar texnologiyası üzərində işləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Kvant  


Bizi "telegram"da izləyin