“Eurosatory 2022”: Türkiyə şirkəti “Tulpar” avtomobilini 2 variantda nümayiş etdirir

2022/06/euros-1655375877.jpg
Oxunub: 2664     14:23     17 İyun 2022    
Türkiyənin qlobal quru sistemləri istehsalçısı olan “Otokar” şirkəti 13-17 iyun tarixlərində Fransanın Paris şəhərində keçirilən Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan “Eurosatory 2022”də iştirak edir.

Ordu.az xəbər verir ki, 5 gün davam edəcək sərgidə “Otokar” təkərli və tırtıllı zirehli maşınlarını, eləcə də quru sistemlərindəki imkanlarını nümayiş etdirəcək.

“Otokar” iki fərqli qüllə ilə “Tulpar” zirehli avtomobillərinin iki fərqli variantını nümayiş etdirir. Maşınlardan biri 105 mm “Cockerill 3105”, digəri “Rafael” şirkətinin 30 mm çaplı “Samson” uzaqdan idarə edilən qülləsi ilə təchiz edilib.

“Tulpar” maşınları hərəkət qabiliyyəti, yüksək atəş gücü və sağ qalma xüsusiyyətləri ilə seçilir. “Tulpar” gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli avtomobil kimi dizayn edilib.

Maşın dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilib. “Tulpar” şəhər, yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq ərazilərə qədər hər cür döyüş mühitində xidmət edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tulpar  


Bizi "telegram"da izləyin