Ordu.az xəbər verir ki, təqdimat “Eurosatory 2022”də baş tutub.
THeMIS manevr qüvvələri üçün birbaşa atəş dəstəyi təmin edir və güc artırıcı rolunu oynayır. Robot “deFNder” “Medium” uzaqdan silah stansiyası ilə gecə və gündüz geniş ərazilərdə yüksək dəqiqliklə hədəfləri məhv edir.
THeMIS “məni izlə”, “evə qayıt”, nöqtədən nöqtəyə naviqasiya və maneələrin aşkarlanması və qarşısının alınması kimi avtonom hərəkətliliyə imkan verən funksiyalarla təchiz edilib. Avtonom funksiyalar yalnız hərəkətliliklə məhdudlaşır. Silah sistemi yalnız insan operatoru tərəfindən idarə olunur.
Sevinc Əliyeva
Ordu.az