Erməni partiya sədri: “Paşinyan və onun hakimiyyətinə hesablanmış günlər qalıb”

2020/08/24139-1597387457.jpg
Oxunub: 37393     14:37     14 Avqust 2020    
“Paşinyan və onun hakimiyyətinə hesablanmış günlər qalıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Erməni Qartalları: Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan yeni və radikal inqilabın həyata keçirilməsinin qarşısında dayanıb.

“Erməni cəmiyyəti artıq əmin olub ki, anti-xalq və anti-milli Paşinyan rejimi Ermənistanı qəsdən məhvə aparır. Paşinyan hakimiyyəti 2018-ci ilin hakimiyyət dəyişikliyindən əvvəl cəmiyyət tərəfindən qoyulmuş problemlərdən heç birini həll etməyərək əslində bütün problemləri çoxaldıb”, - deyə Asryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin