Qarabağda ölən erməni hərbi qulluqçu rütbəcə mayor olub

2019/02/00-31-1549953472.jpg
Oxunub: 4656     14:40     05 May 2020    
“Mayın 4-də, işğal altında olan Qarabağda mina partlaması nəticəsində ölmüş 32 yaşlı Taron Rubik Poğosyan evli idi, 3 azyaşlı uşağı var idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Ararat vilayətinin Vosketap icmasının rəhbəri Sarkis Abrahamyan bildirib.

“Taron Vazgen Sarkisyan adına hərbi institutu bitirmişdi, rütbəcə mayor idi. Kənddə dedilər ki, zabit ölüb, o olduğunu başa düşdük”, - deyə icma rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Mayor  


Bizi "telegram"da izləyin