Mayın 4-də, saat 19:05 radələrində işğal altında olan Qarabağın cənub hissəsində yerləşən qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrdən birinin hərbi qulluqçusu mina partlaması nəticəsində ölüb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən müqaviləli erməni hərbi qulluqçu 1988-ci il təvəllüdlü Taron Rubik Poğosyan olub.
Bildirilir ki, hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Erməni-əsgər
Ölüb