Daha bir erməni əsgəri koronavirusa yoluxub

2020/03/22460-1585460256.jpg
Oxunub: 6931     15:57     04 May 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrinin birində növbəti erməni əsgərinin koronavirusa yoluxduğu məlum olub.

Ordu.az xəbər verir ki, 5-ci alayın əsgəri Levon Tunikyan yüksək hərarətlə tibb məntəqəsinə gətirilib.

İlkin müayinədən sonra hərbi hissənin həkimi koronavirus diaqnozu ilə əsgərin təcili olaraq hospitalın infeksion şöbəsinə təxliyə edilməsini tələb edib.

Əsgərin vəziyyəti ilə bağlı qohumlarına məlumat verilmir. Övladları ilə heç bir əlaqə yarada bilməyən Tunikyan ailəsi Müdafiə nazirinə müraciət göndəriblər.

Xəbəri paylaşan şəxsin yazdığına görə əsgərin valideyninə hələlik heç bir cavab verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər   Koronavirus  


Bizi "telegram"da izləyin