İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədənkənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb.
Ordu.az xəbər verir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib.
Şahidlərinin dediyinə görə özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.
Faktla bağlı araşdırma aparılır.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-əsgər
Özünəqəsd