Ordu.az xəbər verir ki, 1-ci motoatıcı alayın döyüş mövqeyində xidmət edən əsgərlər hərbi hospitala təxliyə olunublar.
Hadisənin şahidlərinin dediyinə görə 12.7 millimetrlik iriçaplı pulemyot mərmilərinin partlaması nəticəsində əsgər Qurqen Qalustyan əlindən, əsgər Artur Asoyev isə əl və ayaq nahiyəsindən yaralanıb. Müayinədən və ilkin tibbi yardım göstərildikdən sonra həkimlər hər iki hərbi qulluqçunun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Ordu.az