Ordu.az xəbər verir ki, Ağdərədə yerləşən bölmədə xidmət edən əsgər Hraç Yeğnazaryan xidmət yerinin dəyişdirliməsnə etiraz əlaməti olaraq bıçaqla qollarını doğrayıb.
O, köhnə xidmət yerində qalması və sürücü kimi xidmət etməsi üçün zabitlərdən birinə rüşvət də veribmiş.
Özünə xəsarət yetirən hərbi qulluqçu təcili Xankəndindəki hospitala göndərilib. İlk olaraq komandanlıq H.Yeğnazaryanın “əsəb xəstəsi olduğu üçün özünə xəsarət yetirdiyini” iddia etməklə faktı ört-basdır etməyə çalılşıb.
Lakin qohumlarının Müdafiə Nazirliyinin qaynar xəttinə zəngindən sonra hərbi polis faktla bağlı araşdırmaya başlayıb. Hərbi polisə verdiyi izahatında 5-ci bölüyün komandiri A.Tiqranyan faktı təsdiqləyib.
Hazırda araşdırma davam edir.
Ordu.az