Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA Ankaradakı hərbi texnologiya sahəsində ixtisaslaşan “Asisguard” adlı şirkət tərəfindən istehsal edilib.

Qeyd olunur ki, “Songar”ın dəqiqlik dərəcəsini artırmaq üçün lazer görmə sistemindən istifadə edilib.
“New Scientist”in hesabatına görə, PUA 200 kilometrə yaxın məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə vura bilir. 55 kiloluq “Songar” yerdən 3 kilometr hündürlükdə uça bilir.

Sevinc Əliyeva
Ordu.az