"Terrorçuların cinayətləri səssizcə qarşılanmamalıdır" - Nebenzya

2018/04/1518046401_1523339139.jpg
Oxunub: 4725     13:11     02 Avqust 2019    
"Bu cinayətlər qarşısında beynəlxalq qurumlar nədənsə susur".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Suriyada terrorçuların cinayətlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, terrorçuların cinayətləri dəhşətlidir və heç kim tərəfindən səssizcə qarşılanmamalıdır.

"Lakin Suriya ordusunun dinc sakinləri öldürdüyünü iddia edənlərin terrorçular qarşısında susduğunu görürük", - deyə Nebenzya vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Terror  


Bizi "telegram"da izləyin