Erməni Baş komissar Qərbi terrorçulara yardım etməkdə günahlandırdı

2019/08/19866-1564648878.jpg
Oxunub: 18729     14:40     01 Avqust 2019    
“ABŞ hökumətinin belə bir qərarı erməni icması ilə bağlı problemlərlə əlaqədar deyil. ABŞ “Foreign Assistance” layihəsi çərçivəsində Ermənistana ayrılan maliyyə yardımını azaltmağa qərar verib. Ona görə ki, Suriya məsələsində Ermənistan və Rusiyanın mövqeləri üst-üstə düşür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanda Diaspor İşləri üzrə Baş komissar Zareh Minasyan deyib.

Onun sözlərinə görə, daha öncə də ABŞ-ın 2020-ci ildə “Foreign Assistance” layihəsi üzrə Ermənistana ayrılan maliyyə yardımını azaltmaq niyyətində olduğu məlum idi.

“Birləşmiş Ştatların qərarı, Ermənistan mövqelərinin zəifləməsi, yaxud icmadaxili problemlərlə əlaqədar deyil. ABŞ-ın erməni icması kifayət qədər möhkəmdir və prezidentə, Dövlət Departamentinə Ermənistana qarşı balanslaşdırılmış yanaşma göstərmək üçün təsir edir. Lakin iki reallıq var. Azərbaycan neft dolları ölkəsi olaraq qalır və ABŞ-ın bu kimi ölkələrlə yaxından əməkdaşlıq ənənəsi mövcuddur. İkinci halda isə ABŞ Suriya məsələsində Ermənistan və Rusiyanın razılaşdırılmış mövqeyini çətinliklə qəbul edir. Lakin bu ədalətli yanaşma deyil, çünki Suriyadakı erməni icması Qərb tərəfindən dəstək alan terrorçu qruplaşmların fəaliyyəti nəticəsində dağılıb”, - deyə Minasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Maliyyə-yardımı  


Bizi "telegram"da izləyin