Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, hərbi xidmətdən 2014-cü ildə tərxis edilib və tələb edir ki, Ermənistan Müdafiə Nazirliyi onun şənbə günləri işlədiyinə görə və bundan başqa istifadə etmədiyi məzuniyyətlərə görə ödəniş haqlarını ödəsin.
Tsolak Xaçatryan istifadə etmədiyi məzuniyyət üçün almadığı vəsaitlər üçün məhkəməyə müraciət edib, birinci istansiya məhkəməsini udub. Lakin Ermənistan Müdafiə Nazirliyi məhkəmə aktına qarşı şikayət verərək apellyasiya məhkəməsində iddia qaldırıb.
Problemlə bağlı Ermənistan Müdafiə Nazirliyindən göndərilən cavabda qeyd olunur: “1977-ci il təvəllüdlü, mayor Tsolak Eduardoviç Xaçatryan məhkum olunduğuna görə ehtiyata buraxılıb. Mayor öz xidməti ərzində pis cəhətdən davranış tərzi nümayiş etdirib, komandanlıq tərəfindən 8 töhmət alıb və 5 dəfə məhkum edilib”.
Bildirilir ki, məsələn, 2009-cu il iyulun 14-də CM-nin hakimiyyətdən sui-istifadə etmə və hakimiyyət fəaliyyətsizliyi maddəsi ilə şərti olaraq, cəzaya məhkum edilib və CM-nin müvafiq maddəsinin tətbiq edilməsi ilə cəzadan azad olunaraq, 2 il müddətinə sınaq dövrü təyin edilib. O, 2009-cu ilin sentyabrın 22-də amnistiya sərəncamına uyğun olaraq, cəzadan azad olunub. 2012-ci ilin sentyabrın 7-də CM-nin müvafiq maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib, yenə də CM-nin müvafiq bəndi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməməsi, 2 il müddətinə sınaq dövrünün təyin olunmasına qərar verilib.
2014-cü il iyulun 22-də Ermənistan CM-nin hərbi hissəni, yaxud xidmət yerini öz başına tərk etmə üzrə müvafiq maddəsinə uyğun olaraq, azadlıqdan məhrum edilib. Bu halda da cinayət məcəlləsinin müvafiq maddəsi tətbiq olunmaqla son cəzası 2 il 6 ay təyin edilib. 2014-cü ildə apellyasiya şikayəti rədd edilərək, məhkəmə aktı 2014-cü il 24 dekabr tarixindən hüquqi qüvvəyə minib.
Alpər Mövludoğlu
Ordu.az