Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan məhkəməsinin qərarına əsasən Dövlət Gəlirləri Komitəsi tərəfindən satışının həyata keçirilməsi məqsədilə Ermənistan parlamentinin sabiq deputatı Manvel Qriqoryana aid olan “Ara və Aytsemnik” QSC-nin əmlakına qoyulan həbs ləğv edilib.
Eyni zamanda məhkəmə DGK-ni xəbərdar edərək bildirib ki, əgər əmlakın satışı 1 milyard 2 milyon dram həddini aşarsa, bu barədə məhkəmə məlumatlandırılsın.
Xatırladaq ki, Manvel Qriqoryanın işi üzrə Dövlət Gəlirləri Komitəsi hakimə məktub ünvanlayaraq, DGK-nin hüquq idarəsinin cinayət işi üzrə əmlakının üzərinə qoyulan həbsin bir hissəsinin ləğv edilməsi və əmlakın hərrac yolu ilə alqı-satqısının həyata keçirilməsinə imkan verilməsinin xahiş edildiyi bildirilib. Vergi öhdəliyi çərçivəsində 1 milyard dramdan çox olan əmlak satışından əldə edilən gəlir dövlət büdcəsinə yönləndiriləcək.
Məktubda söhbət ilkin istintaq orqanı tərəfindən üzərinə həbs qoyulan “Ara və Artsemnik” QSC-nin əmlakından gedir.
Alpər Mövludoğlu
Ordu.az