Erməni hərbi qulluqçu intihar etmədən öncə rəisi tərəfindən döyülüb

2019/07/f56c2-1564563250.jpg
Oxunub: 15521     16:14     31 İyul 2019    
İyulun 23-dən 24-nə keçən gecə işğal altında olan Qarabağ ərazisində dislokasiya olaunan hərbi hissələrdən birində rəsmi ittihama görə, intihar edən müddətli xidmət erməni hərbi qulluqçusu Volodya Qaloyanın ölümü ilə bağlı CM-nin tabeliyindəkini döymə və ya ona qarşı zorakılıq etmə halına görə cinayət maddəsi üzrə post başçısına ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“2019-cu il iyulun 23-də saat 22:55 radələrində “N” saylı hərbi hissənin mühafizə ərazisinin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər Volodya Hamleti Qaloyan qanunsuz olaraq birbaşa şüurlu şəkildə bir başqasını həyatdan mərhum etmək, öldürmək məqəsdilə qeyd edilən döyüş postunun qazmasına, yaxın ərazidə ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun başçısı istiqamətinə atəş açıb. Lakin Qaloyan öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyib.

Atəş açdıqdan dərhal sonra Qaloyan ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun ərazisini tərk edib. 2019-cu il iyulun 24-də saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda çənəsinin alt hissəsində odlu silah yarası xəsarəti və yanında avtomatı yerə düşmüş vəziyyətdə olmaqla meyiti aşkar edilib”, - deyə istintaq komitəsinin məlumatında deyilir.

Post başçısının iyulun 25-də həbs edildiyi qeyd olunur.

Xatırladaq ki, İstintaq komitəsi daha öncə məlumat yayaraq bildirib ki, istintaq komitəsi hərbi qulluqçunun ölüm faktı ilə əlaqədar öldürmə cəhdi və ya ölüm həddinə çatdırma maddəsilə cinayət işi açıldığını bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erəmənistan-ordusu   İntihar  


Bizi "telegram"da izləyin