“Ohanyan başqa bir işdə ittiham olunduğu üçün indiki məqamda dindirilməyəcək” – Köçəryan

2019/06/67876-1561033375.jpg
Oxunub: 30552     13:10     26 İyul 2019    
“Apreldəki dörd günlük döyüşləri araşdırmaq üçün Ermənistan parlamentində yaradılan istintaq komissiyası ilk vəzifəli şəxsi dindirib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, aprel döyüşlərinin detallarını araşdıran istintaq komsisiyasının sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, komissiyanın üzvləri öz fəaliyyətlərindən razı qalıblar.

“Komissiya üzvləri aprel hadisələrində konkret vəzifəsi olan, konkret vəzifəli şəxslə ilk görüşünə hazırlaşıb. Bu nöqtədən başlanılması çox vacib idi. Bu prosesin növbəti mərhələsinə başlanılıb. Yeri gəlmişkən qapalı iclasların tam şəkildə video və səs yazısı aparılır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Köçəryan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin