Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.
Bu arada "Bloomberg" agentliyi də Trampın Türkiyə Prezidentinin belə komissiya qurmaq təklifini qəbul etdiyini təsdiqləyib.
Bir qədər əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.
Qeyd edək ki, daha öncə Pentaqonun Beynəlxalq Təhlükəsizlikdən məsul olan nazir müavini Katrin Vilberqer Türkiyənin Rusiyadan S-400 sistemlərini almaq istəməsinə münasibət bildirib. Nazir müavini bunun NATO üçün fəlakətli olacağını bildirib.
"Rusiya Türkiyə vasitəsilə F-35 barədə məlumatlar öyrənməyə çalışır. ABŞ buna görə də satışa qarşıdır”, - deyə Vilberqer vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az