Silahlanmamızda olan MOES-720 mobil optik elektron stansiyası – ANALİZ (HƏRBİ EKSPERT)

2019/03/Israi-1552564186.jpg
Oxunub: 2857     17:12     14 Mart 2019    
"Plasan" şirkəti istehsal etdiyi intellektual sistemlərin "Sand Cat" zirehli vasitələrinə inteqrasiyasını həyata keçirmək üçün əvvəllər əsasən RTI Connext DDS kompaniyasının (RTI- Real Time Innovations) xidmətlərindən istifadə edirdi. RTİ NATO imkanlarının İsrail nəqliyyat vasitələrinə inteqrasiyasını tam həcmdə reallaşdıran ilk Avropa şirkətidir.

Son 10 il ərzində "Plasan" şirkəti zirehli vasitələrin intellektual zirehli nəqliyyat vasitələri ilə istifadəsinə imkan verən texnologiyalar və inteqrasiya imkanlarını inkişaf etdirir. Bu yeniliklər həm zirehli və zirehsiz nəqliyyat vasitələri arasında, həm də digər sistemlər arasında (məsələn PUA və s.) təhlükəsiz və sürətli əməliyyatlar üçün nəzərdə tutulur, həm də döyüş meydanında iştirakçılar arasında qarşılıqlı əlaqəni təmin edir. Sənaye miqyasında müxtəlif təyinatlı hərbi vasitələr və sistemlər arasında ilk dəfə belə bir əlaqə texnologiyasını inkişaf etdirən "Plasan" müxtəlif vəzifələri yerinə yetirən vasitələr üçün NGVA (NATO Generic Vehicle Architecture) imkanlarını təklif edən ilk şirkətdir.

NGVA - "ağıllı" zirehli nəqliyyat vasitələri üzərində müxtəlif alt sistemlərin inteqrasiyası üçün bir standart hesab olunur. Proqram uyğunluğunu təmin etmək üçün DDS (Data Distribution Services - Məlumatların Paylanması Sistemi) rabitə standartlarına əsaslanan vasitənin interfeyslərinə və protokol dizaynına açıq arxitektura yanaşmasından istifadə edilir. RTI-nin təcrübəsi və qlobal kommunikasiya sahəsində tanınması, şirkətin planları həyata keçirməsində əhəmiyyətli rol oynayaraq, hər bir vasitənin həm müxtəlif sistemləri arasında, həm də digər vasitələrlə ardıcıl və qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazım olan intellektual inteqrasiya platformasını inkişaf etdirməyə kömək etdi. "Plasan" ilkin mərhələdə şirkətin bütün intellektual sistemlərinin əsas strukturlarında inteqrasiya məsələlərinin idarə edilməsini RTI-yə etibar etdi.

RTI avadanlıqlarında istənilən əsas komponentin və vasitənin daha "ağıllı" olması üçün hər hansı bir sistemin və ya alt sistemin inteqrasiya imkanı mövcuddur. "Connext" DDS "Plasan"a bir əməliyyat sisteminə və ya bir avadanlığa bağlı olmadan müxtəlif zirehli vasitələri yaratmaq imkanı verdi.

RTI proqram təminatı şirkəti məhsullarının etibarlılığını artırmağa, təlim müddətini azaltmağa və NGVA ilə uyğun olan sistemlərdə müxtəlif rolu olan avadanlıqların sürətli bir şəkildə yenidən qurulmasına imkan verən etibarlı məlumat mübadiləsini təmin edirdi. "Connext Databus" arxitekturası sayəsində "Plasan" davamlı olaraq NGVA standartını öz nəqliyyat vasitələrinə uyğunlaşdırmaq qabiliyyətinə malik oldu. Bu qismən DDS yaddaşının, "Plasan" sisteminin mövcud yaddaşlarına inteqrasiya olunmasının asanlığı ilə bağlı idi. Bundan əlavə, şirkət sonralar "Connext" DDS-in təmin etdiyi rahatlıq və sadəlik sayəsində əvvəlcədən qarşılıqlı əlaqə üçün nəzərdə tutulmayan yaşlı "Plasan" modellərində də NGVA-nın tətbiqinə nail ola bildi. Hər hansı qorunma mühitində müxtəlif sistemlər arasında ən yüksək səviyyədə etibarlı əlaqənin saxlanılması daima ən vacib məsələ hesab edilir.

"Qranit" kəşfiyyat və nəzarət maşınları

Hələ 2011-ci ildə İsrail Ordusunun kəfiyyat bölmələrinin silahlanmasına qəbul edilən ilk "Qranit" kəşfiyyat və müşahidə maşınları "Elta Systems" tərəfindən EL/I-3302 "Intelligence Surveillance & Reconnaissance Vehicle" (ISRV) platformasında hazırlanıb. Az sonra şirkət kəşfiyyat avadanlıqlarını "Plasan" şirkətinin "Ford 550" modeli bazasındakı "Sand Cat" zirehli vasitəsinə inteqrasiya etdi. İlkin versiyada zirehli vasitə gizli teleskopik anten və onun üzərində yerləşdirilən sensor və PLS-ə malik idi. Hərəkət zamanı anten maşının daxilində yerləşirdi, maşın dayandıqda isə tezliklə yüksəyə qaldırılırdı.

"Qranit" maşınları 2000-ci illərin əvvəllərində "Rafael" tərəfindən təchiz edilən HMMWV-ə əsaslanan "Racoon" kəşfiyyat vasitələrini əvəz etmək üçün nəzərdə tutulurdu. Hər iki vasitə müşahidə radiolokatoruna, gündüz/gecə optik elektron müşahidə sistemlərinə və bir neçə sensora malik teleskopik antenə malikdir.

Konkret məqsədli "Racoon"dan fərqli olaraq, ISRV taktiki əməliyyatlar üçün informasiya və kəşfiyyat toplama mərkəzi kimi nəzərdə tutulurdu.

"Qranit" sinxron radarların və digər müşahidə vasitələrinin tətbiqini nəzərdə tutur, bu avadanlıqlar isə daim avtomatik rejimdə bütün zonanı hərtərəfli diqqət mərkəzində saxlayır və hər bir şübhəli elementi qeydə alır.

Əlavə olaraq, "Qranit"lər "Racoon"dan daha güclü zirehə sahib oldular. Sistemin arxitekturası, istifadəçi interfeysi və iş yükünün azaldılması, müxtəlif vəzifələri yerinə yetirən bir neçə istifadəçiyə paralel çalışmağa imkan verir.

Avtomobil 8 kilometr məsafədə canlı qüvvəni aşkar edə bilən bir EL/M-2207 aktiv fazalı radarına (AFAR), eləcə də yeddi kilometr məsafədə hədəfləri tanıya bilən və yüksək dəqiqliyə malik silahları ona istiqamətləndirən POP-300 optik elektron konsoluna malikdir.

"Elta"nın ISRV platforması portativ yerüstü video-müşahidə (Man Portable Ground Observation & Surveillance System, MNPGOSS) və yüngül PUA vasitələrindən istifadə edərək "ölü" müşahidə sahələrini təmamilə ləğv edə bilir. Sistem, həmçinin SAXAL Ordusunun "rəqəmsal ordu" (Zayad) formatını dəstəkləyən cihazlar ilə inteqrasiya etdirilə bilər.

MOES-720 mobil optik elektron stansiyası

Mobil optik elektron stansiyası kimi kəşfiyyat vasitələrinin inkişafında kifayət qədər təcrübəyə malik olan "Plasan" şirkəti əldə etdiyi nailiyyətlə kifayətlənməyərək yeni uğurlara imza atmağa davam edir.

Əvvəllər qeyd etdiyimiz kimi, şirkəti yeni nəsil "Sand Cat" 4x4 təkər formulasına malik zirehli vasitələri müdafiə və təhlükəsizlik üçün lazımi komfortu və təhlükəsizliyi tam təmin edir. STANAG 3 qorunma standartını təmin edən "Sand Cat" idarəetmə və kommunikasiya sistemləri ilə təchiz olunduqda da manevr və sürətini qoruyub saxlaya bilir. "Sand Cat" ailəsinin kəşfiyyat təyinatlı yeni vasitələri əvvəllər istehsal edilən "Qranit"dən daha üstün göstəricilərlə fəaliyyət göstərmək imkanına sahibdir.

İlk dəfə 2018-ci ildə "Eurosatory" sərgisində nümayiş olunan "Plasan Sasa" və "BIRD Aerosystems"in birgə istehsalı olan və qabaqcıl idarəetmə sistemli "Sand Cat" zirehli vasitəsi ilk dəfə BIRD məhsulu olan qabaqcıl missiya idarəetmə sistemi (MSIS) ilə təchiz olunur.

MSIS ilə təchiz edilən "Sand Cat" zirehli vasitələri bütün əməliyyat qruplarının real zaman rejimində təyyarə, helikopter və yerüstü sensorlar kimi müxtəlif mənbələrdən əldə edilən məlumatlarla təmin edilməsinə və onların mübadiləsinə, həmçinin situasiya biliklərinə ümumi baxışın dəyişməsinə və missiyanın yerinə yetirilməsinin effektivliyini artırmağa imkan verir.

BIRD qabaqcıl Multi Sensor İnteqrasiya Sistemi (MSIS), tam döyüş idarəetmə profilini əhatə edir və bütün əməliyyat qrupları arasında real zamanda şərait haqqında məlumatların paylaşılmasını təmin edir. MSIS "BIRD Aerosystems" şirkətinin Havadan Müşahidə, Kəşfiyyat və İzləmə (ASIO) kompleksinin ayrılmaz bir parçasıdır. Bu sistem havadakı müxtəlif platformalardan əldə edilən və avtomatik olaraq təsnifatlandırılan böyük miqdarda məlumatların toplanmasına və işlənməsinə imkan verir. Daha sonra məlumat, C&C mərkəzi və yerüstü müdaxilə vasitələri ilə yerüstü taktiki qüvvələrin bölmələri ilə real zamanda paylaşılır və bütün əməliyyat qruplarının eyni vəziyyət biliklərinə sahib olmasına imkan verir.

Azərbaycan Ordusunun silahlanmasında "Sand Cat" bazasında mövcud olan zirehli vasitə MOES-720 mobil optik elektron stansiyası adlanır. Orjinal versiyada istehsalçı tərəfindən "Sand Cat Stormer ISR" adlanan maşınların şassisi, kəşfiyyat və məlumat toplanması üçün yüksək imkanlara malik elektro-optik vasitələrdən ibarət faydalı yükün daşınması üçün konfiqurasiya edilib.

İsrailin istehsal etdiyi MOES-720 mobil optik elektron sistemlərin tərkibinə GPS, elektron kompas, gündüz və gecə görmə cihazları, lazer məsafəölçəni daxildir, yəni bir stansiyanın tərkibinə bir neçə cihaz inteqrasiya edilir. Bu stansiyaların fəaliyyət prinsipi belədir: GPS cihazın (mobil vasitənin) yerləşdiyi koordinatları dəqiq təyin etməyə imkan verir, elektron kompas gecə və ya gündüz kameraları vasitəsilə aşkarlanan hədəfi və ya müşahidə üçün təyin edilən sektoru azimuta alaraq nəzərətə götürür, lazer məsafəölçəni isə hədəfə qədər məsafəni təyin edir və sonda hədəf koordinatlarını hesablayır.

Bu vasitələrin uzaq mənzilli modelləri kəşfiyyat bölmələri, orta mənzilli modelləri artilleriya bölmələri, qısa mənzilli modelləri isə motoatıcı, mühəndis və digər bölmələr tərəfindən istifadə üçün nəzərdə tutulur.

Bu stansiyanın şassisi əvəllkilərdən fərqlənmir, lakin təchiz olunduğu avadanlıqlar tam fərqli funksiyalar daşıyır. MOES-720 düşmən və ərazi haqqında, gecə və gündüz müşahidə aparmaqla kəşfiyyat məlumatlarının toplanması, təhlili və ötürülməsini həyata keçirir.

Kəşfiyyat kompleksinin xarici konfiqurasiyasının digər versiyalardan fərqi 3 metrlik hündürlükdə teleskopik maçtaya sahib olmasındadır. Əvvəlki "Qranit" zirehli vasitələrində hərəkət zamanı anten maşının daxilində yerləşdirilirdisə, MOES-720-də antenlə açıq vəziyyətdə hərəkət etmək mümkündür, bu isə kəşfiyyatın fasiləsiz aparılması kimi vacib bir şərtin yerinə yetirilməsinə imkan verir.

"Sand Cat" zirehli maşının MOES-720-si bir ədəd 12.7 mm pulemyotdan başqa, elektro-optik vasitələr, kompüterlər, planşetlər və s. ilə təchiz olunur.

Zirehli kəşfiyyat maşınının heyəti 5 nəfərdən ibarətdir:

- komandir;
- sürücü;
- rabitəçi;
- tuşlayıcı operator;
- tuşlayıcı operator koməkçisi.

MOES-720 mobil optik elektron stansiyasının TTX-sı:

Müşahidə məsafəsi 70-10000 metr;
Canlı qüvvəni aşkaretmə məsafəsi 5000 metr;
Texnika və obyektləri aşkaretmə məsafəsi 10000 metr;
Dönmə bucağı 360 dərəcə;
Minimum enmə bucağı -15 dərəcə;
Maksimum qalxma bucağı +45 dərəcə.

Elektro-optik başlıq dairəvidir, dönən və əyilən bloka, termal müşahidə sisteminə, gündüz müşahidə sisteminə və lazer məsafəölçəninə malikdir. Optik elektron başlıq stasionar qutuda yerləşdirilir.

Bu stansiyanın gecə kanalı rəqəmsal video siqnalları emal edə bilən soyudulmayan termal kamera ilə təmsil olunur. Kamera təkmilləşdirilən gündüz görüntüsünə imkan verən rəngli CCD kamera üçün daxili video girişinə də malikdir. Stansiya 25-225 mm fasiləsiz optik böyütməyə, iki ədəd quraşdırılan video prosessorlara və ən yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verən video sabitləşdirmə funksiyasına malikdir. GPS lazer məsafəölçəninə qirokompas əlavə edərək stansiyanın tuşlama vasitəsi kimi istifadəsinə imkan yaradıldığı ehtimal edilir. Güclü matrisanın hesabına insan silueti 5000 metrdə aşkar edilir, 2000 metrdə isə onun cizgiləri seçilir.

Həm "Qranit", həm də MOES-720 kəşfiyyat vasitələri texnologiyanın inkişafı ilə bərabər həm də müşahidə və kəşfiyyat fəaliyyətlərinə cəlb edilən şəxsi heyətin sayını azaltmağa imkan verir. Lakin bu hər bir təhdidə qarşı reaksiya vermək məcburiyyətində olan insan faktorunu istisna etmir.

Texnologiyanın digər əhəmiyyətli xüsusiyyəti də eyni əməliyyatda iştirak edən bütün döyüş bölmələri arasında qarşılıqlı sinxron informasiya mübadiləsinə imkan yaratmaqdan ibarətdir.
Müşahidə aparan MOES-720 təhlükəli bir görüntü əldə edən kimi məlumat dərhal döyüş meydanında və ya yaxınlıqda olan bölmələrə, zirehli və ya aviasiya vasitələrinə, o cümlədən zərbə PUA-larına çatdırılır. Bu isə artıq MOES-720 maşınının həm də hədəf göstərə bilməsi deməkdir.

Yüksək texnologiyalı radarlara və müasir müşahidə vasitələrinə malik daha sürətli və təhlükəsiz optik elektron kəşfiyyat vasitələri həm qadın, həm də kişi şəxsi heyəti tərəfindən idarə edilə bilir. Yaxın zamanda biz də MOES-720 kəşfiyyat vasitələrində qəhrəman Azərbaycan qızlarının öz vəzifələrini layiqincə yerinə yetirəcəyini görəcəyik. Bundan sonra heç kim deyə bilməz ki, kəşfiyyat qadın işi deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail-Azərbaycan   MOES-720  

Silahlanmamızda olan MOES-720 mobil optik elektron stansiyası – ANALİZ (HƏRBİ EKSPERT)

2019/03/Israi-1552564186.jpg
Oxunub: 2858     17:12     14 Mart 2019    