"Ermənistan ən azı iki nəsil öncəki helikopterləri əldə edib" – HƏRBİ EKSPERT

2019/02/5675-1551337210.jpg
Oxunub: 2746     10:51     28 Fevral 2019    
"Ermənistanın "Airbus" şirkətindən əldə etdiyi helikopterlər mülki təyinatlıdır və ən azı iki nəsil əvvəlki məhsullara aiddir… Ümumiyyətlə Ermənistan HSK-nın bu günə qədər heç bir aviasiya vasitəsinin zirehlənməsi və ya silah sistemləri ilə (top, nişangah, termal, lazer və ya İR məsafəölçən, atəşi idarəetmə sistemi və s.) təchiz edilməsi faktına rast gəlinməyib, çünki bütün bunlar Ermənistanın potensialı xaricindədir".

"Eurocopter" AS350 helikopteri Fransanın "Aerrospatial" dövlət şirkəti tərəfindən XX əsrin 70-ci illərində yaradılıb. Daha sonra dövlət müəssisəsi "Eurocopter"in bir hissəsi oldu, o da öz növbəsində "Airbus" ilə birləşdi. "Eurocopter" şirkəti "Airbus Helikopters" adlandırıldıqdan sonra AS350 helikopteri yeni H125 adını aldı.

"Airbus Helicopters" istehsalı H125 vibrasiyanın udulması sistemi sayəsində rahatlığı artırılıb. Bu isə ondan sərnişin daşımaları, özəl uçuşlar və ya xəstələrin nəqli və evakuasiya edilməsinə imkan verir. "Airbus Helicopters" H125 vasitələri xilasetmə əməliyyatlarında, yanğın söndürmədə, şəhər daxili ərazilərdə patrul xidməti üçün də istifadə olunur.

H125 sərnişin rahatlığını artırmaq üçün yeni bir daxili dizayn təklif edib. Əgər korporativ və ya VIP vəzifələri üçün istifadə ediləcəksə, helicopter səyahət rahatlığını yaxşılaşdıran "Stylence" konfiqurasiyasında yığıla bilər.

İstismar təhlükəsizliyini artırmaq üçün H125 özündə ikili hidravlik sistemi (bir seçim olaraq) ehtiva edən və təkmilləşdirilən ekipaj oturacaqları ilə təmin edilir. Kabindəki kamera, pilotlara istismar risklərini müəyyən etməyə və onları aradan qaldırmağa yardım edir. Bundan əlavə, qəza halında təhlükəsizliyi artırmaq üçün daha yüksək müqavimətli yanacaq çəni ilə bir variant da təklif olunur. "Garmin" G500H şüşə kabini və son nəsil radio/ICS/GPS ilə təchiz olunur. "Garmin" GTN650H sistemi pilot üzərinə düşən yükün azaldılmasını və təkmilləşdirilən vəzifələri yerinə yetirərkən elektron avadanlıqların funksiyaların tətbiqini nəzərdə tutur. İnsan-maşın interfeysini optimallaşdırmq üçün H125 helikopteri çoxfunksiyalı ekranla təchiz olunur.

H125 modeli (əvvəllər AS350 B3e kimi tanınıb) digər təkmühərrikli helikopterlərdən texniki xüsusiyyətlərinə, çoxfunksiyalılığına, ekstremal şəraitdə fəaliyyətinin təhlükəsizlik səviyyəsinə, uyğun qiymət kateqoriyasına görə fərqlənir.

Bu helikopterlər yüksək dağlıq ərazilərdə və isti klimata malik zonalarda istismar üçün uyğunlaşdırılıb.

"Airbus Helicopters" kompaniyasının yaxın 10 ildə Rusiyaya 160 ədəd H125 tibbi helikopterini çatdırması müqaviləsinin ardından, bu helikopterlərdən 2 ədəd Ermənistana gətirilməsi barədə xəbərlər yayıldı. Rusiyada bu helikopterlərin potensial müştəriləri arasında, Fövqəladə Hallar Nazirliyi, "Sogaz" şirkəti, bir sıra regional Səhiyyə nazirlikləri və regional səhiyyə idarələri, həmçinin "Qazprom Avia", "Rusiya Dəmir Yolları" və PANH daşıma şirkəti yer alır.

H125 hava əməliyyatlarının asanlıqla yerinə yetirməsi üçün əlavə sertifikatlı avadanlıqlarla - batareyalarla, qum filtrləri ilə, sürüşən qapılarla, quyruq pərlərindən qoruyucularla və s. təchiz edə bilər. Xarici asqılarda maksimum 1400 kq daşıya bilər. Maşın yanğın söndürmə, elektrik xəttlərinin monitorinqi, yüklərin qaldırılması, bitkilərin tozlanması, havadan çəkilişlər, paraşütdən enmə, səhiyyə və geoloji kəşfiyyat kimi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunur.

"Dələ" adlandırılan H125 helikopteri 1974-cü ildən istehsal edilir və mülki təyinatlı model kimi hazırlanıb.

"Airbus Helicopters" istehsalı olan H125-in məşhurlaşmasının səbəbi onun etibarlılığı, texniki xüsusiyyətlər, əlavə enerji ehtiyatı, yüksək funksionallığı və səmərəliliyi ilə əlaqələndirilir.

Ekipaj: 1 pilot + 5/6 sərnişin
Maksimum sürət: 287 km/s
Maksimum kreyser sürəti: 251 km/s
Yanacaq almadan bir çənlə uçuş məsafəsi: 631 km
Daşıyıcı pərin diametri: 10.7 m
Yüksəkliyi: 3.34 m
Uzunluğu: 12.94 m
Boş helikopterin çəkisi: 1174 kq
Asqıda maksimum yük qaldırma: 1400 kq
Maksimum daxili uçuş kütləsi: 2370 kq
Maksimum tam kütləsi: 2800 kq.
Mühərrik TS-1 kerosin yanacağından istifadə edir.

Helikopterin dəyəri konfiqurasiyaya görə dəyişir. Ortalama olaraq sanitar modeli 3075000 avroya təklif edilir.

Helikopter hazırda "Turbomeca Arriel 2D" turbo mühərrik ilə təchiz edilir. 109 kq ağırlığında mühərikin maksimum gücü təxminən 847 a.g-nə çatır. Mühərrikin güc və aşağı çəkisinin birləşməsi, yüksək funksionallığın və helikopterin məqbul qiymətinin formalaşmasını təmin edir.

Daşıyıcı pər üç bıçağa malikdir və "Starflex" əyilmə avtimatı ilə təchiz olunur. Məlumatlara görə, əsas sükan və quyruq pərləri yüksək möhkəmliyə, aşağı çəkiyə və korroziyaya davamlılığa malik olan kompozit materiallardan hazırlanır.

Ermənistanın "Airbus" şirkətindən əldə etdiyi helikopterlər mülki təyinatlıdır və ən azı iki nəsil əvvəlki məhsullara aiddir. Bu helikopterlərin 2002-ci ildən etibarən kütləvi istehsal olunan H145M versiyası isə hərbi təyinatlıdır. Serblər bu modelin alman və tay müştərilərindən sonra üçüncü sahibidir.

Serbiya "Airbus Helicopters"dən 9 ədəd H145M helikopteri alacaq ki, onlardan 6-sı Hərbi Hava Qüvvələrinə, 3-ü isə Daxili İşlər Nazirliyinin aviasiyasına veriləcək. HHQ üçün 4 helikopter "Airbus HForce" silahlanma kompleksi ilə təchiz olunacaq. Bu kompleksə dəbiqəyə quraşdırılan nişangah, 12.7 mm pulemyot, 20 mm top, 70 mm idarəolunmayan raket qurğusu və potensial olaraq "hava-yer" və "hava-hava" idarəedilən raketlərdən istifadə etmək imkanı daxildir.

Serbiyaya verilən helikopter HHQ-nin maraqları üçün hazırlanan 6 ədədən birincisidir. Dekabr ayında isə Serbiya Daxili İşlər Nazirliyi üçün daha iki helikopter göndərildi, 9 helikopterin tam çatdırılması bu ilin sonuna qədər başa çatmadırılmalıdır. H145M ilə H125 arasında həm sinif, həm nəsil, həm də təyinat fərqləri mövcuddur. Qeyd edək ki, Özbəkistan da bu şirkətin 18-ə qədər müxtəlif helikopterlərindən istifadə edir.

Ermənistanın isə 2 ədəd helikopteri Fransadan alması, Rusiyadan növbəti kredit tranşını əldə edə bilməməsi, Kremlə İrəvanın Avropa ilə əməkdaşlıq imkanına malik olduğunu nümayiş etdirmək məqsədi də daşıya bilər. Bu iki "Dələ" hərbi təyinatlı (hərçənd ki, mülkidir) olsa belə, hər kəsə aydındır ki, onlar regiondakı qüvvələr nisbətinə təsir edə bilməz. Regionun coğrafiyası yüksək hündürlükdə uça bilən zərbə-kəşfiyyat PUA-larının tətbiqini helikopterlərdən daha səmərəli olduğunu diqtə edir.

Helikopterlər zirehlənmə və silahlanma üçün nəzərdə tutulmur. Lakin bunun mümkün olmadığını iddia etmək olmaz. Mümkün olmayan heç nə yoxdur, lakin helikopterdə hərbi məqsədlərlə istifadə üçün müxtəlif sistemlərin inteqrasiyası nəzərdə tutulmalıdır. Ermənistan ərazisində isə hələ indiyə qədər 60 ilin zirehli vasitələrinin modernləşdirilməsində ciddi problemlər yaşanmaqdadır. Digər ölkələrin də bu helikopterlərin hərbi və ya digər təyinatlarla istifadəsinə rast gəlinmir. Ümumiyyətlə Ermənistan HSK-nın bu günə qədər heç bir aviasiya vasitəsinin zirehlənməsi və ya silah sistemləri ilə (top, nişangah, termal, lazer və ya İR məsafəölçən, atəşi idarəetmə sistemi və s.) təchiz edilməsi faktına rast gəlinməyib, çünki bütün bunlar Ermənistanın potensialı xaricindədir. Mümkündür ki, istehsalçı şirkət də belə bir istifadə hallarına icazə vermir.

Fransanın özü belə bu helikopterlərin yeni versiyalarının alınmasına bir az ehtiyatla yanaşır. Çünki, helikopteri almazdan əvvəl texniki xidmət, yanacaq doldurma, digər sistemlərlə uyğunlaşma kimi problemlər həll edilməlidir.

Bu helikopterlər digər modellərdən səs səviyyəsinin daha yüksək olması ilə, bir mühərrikə sahib olduğu üçün daha çox risk daşıması ilə, digər model helikopterlərin infrastrukturu ilə inteqrasiyada müəyyən problemlərə malikdir.

Hazırda "Helika qrup" tərəfindən, 2017-ci ildə alınan və Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən verilən sertifikata malik "Airbus Helicopters" şirkətinin cəmi 150 saat havada olan H125 helikopterlərinin satış çıxarması da təəcüblüdür.

Sanitar aviasiyada helikopterlərdən istifadə Ermənistanda bir ilk olsa da, dünyanın bir çox ölkələri 30 ildən çoxdur bundan istifadə edir. Həm hərbi hospitallar, həm FHN, həm Səhiyyə nazirliyi və s. kimi qurumların bu helikopterə ehtiyacı mövcuddur. Lakin iki ədəd helikopterin “Böyük Ermənistan” miqyasında necə bölünəcəyi hələ dəqiq məlum deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   H125  

"Ermənistan ən azı iki nəsil öncəki helikopterləri əldə edib" – HƏRBİ EKSPERT

2019/02/5675-1551337210.jpg
Oxunub: 2747     10:51     28 Fevral 2019    