F-16 daha əzəmətlidir: Su-30-lar Ermənistan HHQ üçün lənətlənib? – HƏRBİ EKSPERT

2018/12/34566-3088032068.jpg
Oxunub: 3059     17:15     05 Dekabr 2018    
Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrin tərkibində yüksək riskli qoşun növlərinin ilk sıralarında yer alır. Bu risk onların istifadəsində olan uçuş vasitələrinin etibarlılığı və pilotların döyüş hazırlığı ilə tərs mütənasibdir. İstənilən sferada qəza halları ilə bağlı xəbərlər hərdən ara versə də, Rusiya istehsalı təyyarə qəzaları barədə məlumatların ardı-arası kəsilmir.

Məlumat hazırlanarkən Ermənistana məxsus, Rusiya istehsalı Su-25 hərbi təyyarəsinin 10:06 radələrində Gümrü aerodromundan havaya qalxması və nəticədə Şirak vilayətinin Maralik adlanan ərazisində qəzaya uğraması təqdim edilən analizin heç də yanlış əsaslandırmalara söykənmədiyini göstərir.

Su-30 (NATO təsnifatına görə - Flanker-C) SSRİ-nin, sonradan isə Rusiyanın ikiyerlik çox məqsədli ağır qırıcısıdır. 1980-ci illərin sonunda "Suxoy" Dizayn Bürosunda, Su-25, Su-27 və Su-35 qırıcılarının da istifadə etdiyi T-10S təyyarəsinin versiyası bazasında hazırlanıb. Su-30 qırıcıları, hava üstünlüyü qazanma, yerüstü qüvvələri və qurğuları mühafizə etmək, desant qüvvələrini məhv etmək, həmçinin hava kəşfiyyatının aparılması və yerüstü hədəflərin məhv edilməsi vəzifələrini yerinə yetirən Su-27 təyyarələrinin qrup şəklində döyüş əməliyyatlarını idarə etmək üçün nəzərdə tutulub.

Təyyarə 1989-cu ilin son günündə ilk uçuşunu həyata keçirib. 1992-ci ildə Rusiya Federasiyasının Hərbi Hava Qüvvələrinin silahlanmasına cəmi 3 ədəd Su-30 qəbul edilib. Digər bu sinifdən olan Rusiya qırıcıları kimi, Su-30 təyyarələri də çoxsaylı qəza və faciələrə məruz qalıb. Açıq mənbələrdən alınan məlumata görə, qısa istismarı tarixində Su-30 qırıcıları ən azı 17 dəfə qəzaya uğrayıb. Onlardan 4-ü faciə ilə (7 pilot, 9 xilasedici həlak olub, 1 pilot və 3 mülki şəxs isə xəsarət alıb) nəticələnib.

2003-2018-ci illərdə dünyada Su-30 qırıcılarının iştirakı ilə baş verən qəza və fəlakərlərin siyahısına diqqət yetirdikdən sonra bu təyyarələrin real imkanları haqqında müzakirəmizi davam etdirə bilərik.

2018-ci ilin mayın 3-də Rusiyanın Su-30SM döyüş təyyarəsi Aralıq dənizi üzərində düşdü. Qəza, təyyarənin Hmeymim hava limanından qalxdıqdan qısa müddət sonra yüksəklik yığarkən meydana gəldi. Qəzaya mühərrik bölməsinə daxil olan quşun səbəb olduğu bildirilir. Qaza zamanı ekipajın komandiri erməni əsilli Albert Davtyan və adı açıqlanmayan ikinci pilot həlak oldu.

2017-ci ilin mayın 23-də Hindistan Hərbi Hava Qüvvələrinin Su-30 döyüş təyyarəsi təlim uçuşu zamanı radarlardan itdi. Onunla rabitə əlaqəsi Assam ştatının Tezpur şəhərindən 60 kilometr şimalda olduğu zaman kəsildi. Təyyarə Hindistan ərazisində, Çin ilə sərhəddən yüz əlli kilometr aralıda yerə çırpıldı. Mayın 26-da qırıcının dağılan parçaları tapıldı, hər iki pilot isə həlak oldu.

2017-ci ilin martın 15-də isə yenə Hindistan HHQ-yə məxsus Su-30MKİ döyüş təyyarəsi Rajastan əyalətində qəzaya uğradı. Təyyarə Uttarlay aviabazasına enməli idi, lakin o yaxınlıqdakı kənddə yerləşən yaşayış evinin üzərinə düşdü. Nəticədə evdəki üç nəfər sakin xəsarət aldı. Onlar yanıq və digər xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Pilotlar katapultla xilas olmağı bacardılar.

2016-cı ilin iyunun 14-də Vyetnam Hərbi Hava Qüvvələrinin 370-ci qırıcı aviasiya alayına məxsus Su-30 qırıcısı (bort nomrəsi 8585) "Thosan" aviabazasından havaya qalxdı və Cənubi Çin dənizi üzərində radarlardan itdi. İki pilotun biri katapult edə bildi, sağ qalan 39 yaşlı pilot Hyu Kyonq, səhəri gün balıqçı gəmisinin heyəti tərəfindən sudan çıxarıldı. İkinci pilot, 43 yaşındakı Tran Quanq Xai isə həlak oldu.

İyunun 16-da Cənubi Çin dənizində itkin pilotun axtarış əməliyyatlarını həyata keçirən Vyetnamın sahil mühafizə xidmətinin CASA C-212 "Aviokar" nəqliyyat təyyarəsi də qəzaya uğradı. "Bir başa dəyən ikinci qapaz" nəticəsində 9 nəfərlik heyətin hamısı həlak oldu.

2015-ci ilin avqustun 17-də Venesuela Hərbi Hava Qüvvələrinin Su-30MK2 qırıcısı (bort nömrəsi AMB-0460) Kolumbiyalı narkotik mafiyasına aid olduğu iddia edilən təyyarəni ələ keçirmək üçün havaya qalxdı, lakin Kolumbiya ilə sərhəddəki Apure ştatında qəzaya uğradı. Hər iki pilot - kapitanlar Ronald Ramirez Sançez və Cekson Qarsiya Betankur həlak oldular. Bu dəfə də qəzaya pilot xətasının və ya texniki problemin səbəb olduğu açıqlandı.

2015-ci ilin mayın 19-da Hindistan HHQ-nin Su-30MKİ çoxməqsədli qırıcısı ölkənin şərqindəki Assam ştatında qəzaya uğradı. Pilotlar katapult edərək sağ qala bildilər. Bu dəfə də qəzaya pilot xətasının səbəb olduğu açıqlandı.

2014-cü il oktyabrın 14-də, Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKİ (bort nömrəsi 050) qırıcısı Maharaştra ştatının Pune şəhəri yaxınlığındakı "Loheqaon" aviabazasından qalxmağa hazırlaşarkən katapult öz-özünə işə düşdü, pilotlar xilas olsa da təyyarə darmadağın oldu.

2013-cü ilin fevralın 19-da Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKİ qırıcısı Racəstan ştatının Caisalmer bölgəsində təlim uçuşu zamanı qəzaya uğradı. Təlim uçuşu zamanı pilot bombanı atmaq üçün tətiyə basdı, lakin bomba pilondan çıxmadı. Tətiyə təkrar basılması bombanın pilonda partlamasına səbəb oldu. Hər iki pilot katapult vasitəsilə sağ qala bildi.

2012-ci ilin fevralın 28-də çoxfunksiyalı Su-30 qırıcısı Komsomolsk-Amurdan 130 kilometr şimal-şərqdəki təyyarə inşası zavodunda, Vyetnam Hərbi Hava Qüvvələrinə təhvil verilmək üçün nəzərdə tutulan Su-30 tipli qırıcının təhvil-təslimi zamanı qəza baş verdi. Maksimum sürətə qədər mühərrikin yüklənməsi zamanı arxa işığın farası açıldı və hava qəbuledicisinə düşərək sağ mühərrikin alışmasına səbəb oldu. Pilotlar polkovnik-leytenant Valeri Kirillin və kapitan Aleksey Qorşkov katapultla sağ qalmağa müvəffəq oldular, yalnız Kirillinin ayağı sındı.

2011-ci il dekabrın 13-də Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKİ qırıcısı Maharaştra ştatının Pune şəhərindəki "Loheqaon" aviabazasından havaya qalxdıqdan qısa müddət sonra, buradan 20 km aralıda yerləşən Vade-Bholai kəndi yaxınlığında qəzaya uğradı. Pilotlar xilas ola bildilər və yaralanmadılar.

2009-cu ilin noyabrın 30-da Hindistan Hərbi Hava Qüvvələrinin 24-cü aviasiya eskadrilyasının Su-30MKİ qırıcısı Maharaştra ştatının Cateqaon bölgəsində qəzaya uğradı. Yanğın haqqında siqnal işə düşdükdən sonra hər iki pilot müvəffəqiyyətlə katapultdan istifadə etdi. Təyyarə yerə çırpıldı və dağıldı. Yanğına səbəb kimi mühərrikin hava girişinə yad bir cismin daxil olmasını bildirdilər.

2009-cu ilin aprelin 30-da Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKİ qırıcısı (bort nömrəsi SB 021) təlim uçuşu zamanı nəzarətsiz ştopor (uncontrolled spin) adlanan böhranlı uçuş rejiminə daxil oldu və Rəcastan ştatının Caisalmer rayonundan 70 km cənub-şərqdə qəzaya uğradı. Hər iki pilot katapult edə bildi, lakin onlardan biri paraşüt kəmərinin qırılması nəticəsində həlak oldu. Rəsmilər mətbuatda qəzanın yenə də pilot səhvindən, yəni pilotun silahların idarəetmə sistemi əvəzinə bort kompüterinin qidalanmasını söndürməsi səbəbindən meydana gəldiyini açıqlasa da, paraşüt kəmərinin qırılması kimi unikal hadisəyə münasibət bildirmədilər.

2006-cı ilin iyulun 26-da Moskva yaxınlığındakı Jukovskidə Su-30 təyyarəsinin qəzaya düşməsi barədə məlumat yayıldı. Hadisə Qromov Uçuş-Sınaq İnstitutundakı sınaq uçuşu zamanı baş verdi. Təyyarə hava limanının ərazisinə düşdü. Qəzada ölən və yaralanan olmadı.

2004-cü ilin martın 16-da Çin Hərbi Dəniz Donanmasının 10-cu qırıcı aviasiya alayının Su-30MK2 (bort nömrəsi 18) təlim uçuşu zamanı Feidonq aviabazasının ərazisində qəzaya uğradı. Hər iki ekipaj üzvü - polkovnik Vei Venhuey və polkovnik-leytenant Çjan Tszyan müvəffəqiyyətlə katapult etdilər. Qəzaya təcrübə çatışmazlığından qaynaqlanan səhvlərin səbəb olduğu bildirildi.

2003-cü ilin iyulun 22-də növbəti Su-30 Krasnodar əyalətinin Anapadakı hərbi-dəniz aviasiya hərbi hissəsinin aerodromundan havaya qalxarkən qəzaya uğradı. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Su-30-la baş verən hadisə pilotun günahı səbəbindən baş verib.

2002-ci ilin mayın 27-də də, Çin Hərbi Hava Qüvvələrinin 9-cu qırıcı aviasiya alayının Su-30MKK təyyarəsi ultra-aşağı hündürlükdə təlim uçuşu zamanı qəzaya uğradı. Titrəməni hiss edən pilotlar katapultla xilas oldular. Təyyarə 5 km də uçduqdan sonra dağla toqquşdu və dağıldı. Təlimatçı pilot intizam cəzasına məruz qaldı.

1999-cu ildə Le Burjedə 43-cü Paris Beynəlxalq Aviakosmik Salonunda nümayiş uçuşu həyata keçirən Su-30MK (bort nömrəsi 01) qəzaya uğradı. Aerobatik manevrlər kompleksini nümayiş etdirən təyyarənin mühərriki artıq yüklənməyə tab gətirməyərək təyyarənin yüksəkliyini itirməsinə səbəb oldu. Nəticədə pilot Vyaçeslav Averyanov və şturman Vladimir Şendrik katapult etdilər, təyyarənin quyruq hissəsi yerə toxundu və yanğın baş verdi.

Bu siyahını bir az da uzatmaq olar, lakin buna ciddi ehtiyac yoxdur. Su-30 bəzi illərdə, hətta iki dəfə qəza törətməklə bu sahədə dünya antirekorduna imza atan azsaylı hava vasitələrindəndir. O, bu siyahıda sələfi, əslində kopyası olan Su-27-ni təqib edir. Qəzaların daha çox Hindistanda istehsal edilən qırıcılarda baş verdiyini əks-arqument kimi gətirən şəxslərə öncədən bildirim ki, Hindistan sadəcə Su-30 qırıcılarını toplayır. Bütün texnoloji prosesin tamamı Rusiyaya məxsusdur. Bu qırıcılar, daha çox Sovet hərbi texnikasına uyğun infrastrukturunu dəyişmək üçün çətinlik çəkən zəif ölkələrin Hərbi Hava Qüvvələri tərəfindən alınır. Rusiyadan başqa bu qırıcılar Əlcəzayir, Anqola, Venesuela, Qazaxıstan, Vyetnam, Hindistan, Çin, Malayziya və Uqanda silahlanmasında mövcuddur.

Su-30 dördüncü nəsil döyüşçü olmasına baxmayaraq, birbaşa görüntü sahəsindən kənarda aparılan hava döyüşündə eyni sinifdən olan digər qırıcılara qarşı heç bir şansa malik deyil. Müasir qırıcılarla müqayisədə çox zəif stels göstəricilərə malik olması, Su-30 pilotlarının hədəf halına gəldiklərini dərk etmədən öncə məhv ediləcəkləri ehtimalını artırır.

Su-30 qırıcılarının son modellərində hələ də forsajda 14500, maksimumda isə 7670 kq qüvvəyə, 1000 saat resursa malik AL-31F М3 mühərriklərindən istifadə edilir.

Əgər eyni sinifə malik F-16 modellərinin əvvəlki versiyalarında 28000 kq-lıq qüvvəyə malik F110-GE-100 mühərriklərindən istifadə edilirdisə, artıq Səudiyyəyə satılan son “Blok 60” versiyalarında artıq forsajda 32000, maksimumda 19000 kq-lıq qüvəyə malik F110-GE-132 mühərriklərindən istifadə edilir. Müqayisə üçün heç nə deyə bilmərəm. Mənim əvəzimə rəqəmlər hər şeyi deyir.

F-16 qırıcıları yarandığı gündən döyüş əməliyyatlarında iştirak edir, Rusiya isə Su-30 qırıcılarını yalnız Suriyada HHM sistemlərinə malik olmayan müxalif silahlı qruplaşmalara qarşı istifadə edir. Kreml dəfələrlə havada üstünlüyü ələ aldığı barədə məlumatlar versə də, hər kəs Suriya səmasında məhz F-16-lar sayəsində İsrail və ABŞ-ın hökmranlıq etdiyini bilir.

Su-30 daxili bazar üçün 50 mln dollar, eksport variantında isə 83 milyon dollar dəyərində satılır. Xatırladım ki, daha güclü silahlanmaya, ideal elektron avadanlıqlar dəstinə, mükəmməl mühərrikə və üstün texniki uçuş xüsusiyyətlərinə malik olan F-16-nın son versiyası 70 mln dollardan daha ucuzdur. F-16-dan NATO ölkələri də daxil olmaqla, həmçinin Bəhreyn, Kolumbiya, Venesuela, Misir, İsrail, İndoneziya, İordaniya, Pakistan, BƏƏ, Oman, Polşa, Sinqapur, Cənubi Koreya, İraq, Tayland, Türkiyə, Çili, Mərakeş və s. kimi ölkələrin də silahlanmasında istifadə edilir. Tək ABŞ-ın özündə istismar edilən F-16 qırıcılarının ümumi sayı 1500-ə yaxındır.

Bir neçə aydır ki, mətbuat Ermənistanın Rusiyadan Su-30 qırıcısı alacağı barədə məlumat yayır. Hamı silah və ya təyyarə ala bilər, bu mümkündür. Uqanda belə bu təyyarələrə sahibdir. Lakin F-16-dan baha olan və qəza sayına görə dünya sıralamasında ilk mövqelərdə yerləşən qırıcının dəyəri necə ödəniləcək. Rusiya daxili qiymətləri tətbiq etsə belə, təyyarələrin hər birinə 50 mln dollar məbləğ lazımdır. Ermənistanın Rusiya ilə ikibaşlı oynaması əvvəlki 100 milyon dollarlıq kredit müqaviləsinin icrasını dayandırıb. Daha əvvəl əldə olunan 200 mln dollarlıq kredit müqaviləsinin isə bu ildən faizlərlə geri ödənilməsinə başlanılmalı idi. Hələ bu barədə danışmaq istəməyənlər, yeni Su-30 xülyası ilə yaşayır.

Ermənistanın heç bir zaman nağd və köçürmə yolu ilə silah almadığını nəzərə alaraq deyə bilərik ki, Paşinyan hansısa razılaşma qarşılığında Rusiyanı 100 mln dollarlıq kredit müqaviləsini aktivləşdirməyə razı salmalıdır. Çünki Rusiya da Paşinyansız Ermənistan arzusundadır. Ermənistan əhalisini çox da qıcıqlandırmamağa çalışan Rusiya uzunmüddətli bir perspektivdə Paşinyan üçün çətin qəbuledilən şərtlər irəli sürərək, dəyərini özü ödəməklə 4 ədəd Su-30 qırıcısını Ermənistana sata bilər. Lakin bu elə də ciddi bir qarşısıalınmaz qırıcı deyil, stels texnologiyadan hələ çox uzaqdadır. Sürət imkanları isə onu bir çox HHM raketlərinin təhlükəsindən qoruya bilmir.

Qırıcını almaqla hər şey bitmir. Peşəkar pilot bacarıqları isə genlərlə ötürülmür. Hər sahənin monopoliyasına rast gəlirdik, lakin hərbi pilot inhisarçılığına da dünən şahidlik etdik. “Su” sinifindən olan qırıcılarda erməni pilotların ən çox qəza törətməsi də statistikada öz təsdiqini tapıb. Son 7 ayda bu qırıcılar 3 erməni əsili pilotun həyatına son qoyub. Mən batil inanclara inanan birisi deyiləm, lakin son hadisələr erməni pilotların bu qırıcılar tərəfindən lənətləndiyi illüziyasını yaradır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: S-30   Qəza   Ermənistan  

F-16 daha əzəmətlidir: Su-30-lar Ermənistan HHQ üçün lənətlənib? – HƏRBİ EKSPERT

2018/12/34566-3088032068.jpg
Oxunub: 3060     17:15     05 Dekabr 2018    