Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat verib.
Hazırda istifadə edilən sistemlər hədəfi müəyyən etmək üçün azimut və lazerdən istifadə edir. Lakin, “HattoriX” adlanan yeni sistem lazerdən istifadə etmədiyi üçün onun düşmən tərəfindən müəyyən edilməsi çətinləşir.
Suriyanın Qəzza zolağı yaxınlığında baş tutan nümayişdə silahın 2 növü sərgilənib: 10 kq ağırlığındakı yüngülçəkili və 30 kq ağırlığındakı ağırçəkili versiyası. İlk versiya 5 km, ikinci isə 10 km dairəsindəki hədəflər üçün istifadə edilir.
Qeyd edək ki, “HattoriX” “Elbit”in ISTAR sistemi və digər elektro-optik sistemlərlə də inteqrasiya etdirilə biləcək. Bundan əlavə, yeni silahın interfeysinin gündəlik həyatda istifadə edilən smartfonlara çox bənzədiyinə görə, idarəedilməsi daha asan olacaq.
Ağalar Ağalarlı
Ordu.az