Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkətinin layihə rəhbəri Peter İosifidis bildirib.
İosifidis qeyd edib ki, “Lockheed Martin” üç saat ərzində Nyu-Yorkdan Londona gedə biləcək supersəs X-təyyarəsinin istehsalına başlayıb.
“Layihədə istehsalın başlanğıcı X-59 üçün böyük bir sıçrayışdır və səssiz supersəs kommersiya səyahətinin gələcəyindən xəbər verir. Təyyarənin uzun, incə dizaynı aşağı səsli partlayışı əldə etmək üçün açar vasitədir”, - deyə layihə rəhbəri əlavə edib.
Məlumata görə, X-59 “Quiet Supersonic Technology” adlanan təyyarə layihəsi “Lockheed Martin” tərəfindən Kaliforniyada icra edilir.
Təyyarənin 2021-ci ildə ilk uçuşunu edəcəyi planlaşdırılır.
İlkin Məmmədov
Ordu.az