"AirShow China 2018"də Çinin tank dəstək döyüş maşını - QN-506 (FOTOLAR)

2018/11/China-12336901640.jpg
Oxunub: 1198     10:42     14 Noyabr 2018    
Oktyabr ayının sonlarında, gələcək "AirShow China 2018" hərbi-texniki sərgisi ərəfəsində, Çin sənayesinin yeni tank dəstək döyüş maşınının öz versiyasını inkişaf etdirdiyi məlum oldu. Əvvəlcə real layihənin mövcudluğu barədə inamla danışmaq mümkün deyildi. Lakin bir müddət sonra yeni nümunənin həqiqətən mövcud olduğu məlum oldu, sərgi açıldıqdan sonra isə bu barədə kifayət qədər ətraflı məlumatlar ortaya çıxdı. İndi Çinin ən yeni QN-506 layihəsi barədə daha yaxşı araşdırma aparmaq və daha məqbul nəticələr əldə etmək mümkündür.

Xatırladaq ki, oktyabrın son günlərində internetin Çin seqmentində raket sistemlərindən birinin imkanlarını göstərən bir reklam plakatı nümayiş olunurdu. Birincisi, bu reklam fərqli daşıyıcılara yeni bir idarəolunan raket quraşdırıla biləcəyini nümayiş etdirirdi. Daşıyıcılardan biri qismində atıcı qurğuya malik bir avtomobil təklif edilirdi, ikincisində isə əvvəllər məlum olmayan zirehli döyüş vasitəsindən istifadə edilirdi. Fotolar aşağı keyfiyyətli olsa da, bu nümunənin qeyri-adi görünüşündən onu tank dəstək vasitələri kateqoriyasına aid etməyə imkan verdi.

TDDM QN-506 Reklam Posteri

Yeni Çin TDDM-in ən yaxşı olmayan görününtüləri belə geniş müzakirələrə səbəb oldu. Lakin tezliklə texnologiya pərəstişkarları maraqlı nümunəni daha yaxşı qiymətləndirmək üçün yeni bir fürsət əldə etdilər. Tezliklə yeni Çin layihəsi ilə bir prototipin qurulduğunu və onun "AirShow China 2018" sərgisində iştirak edəcəyi açıqlandı. Oktyabr ayının sonlarında prototip Zhuhaiyə aparılanda kameralara yaxalandı. Eksperimental bir maşının maraqlı bir görünüşü ortaya çıxsa da, bəzi hissələri şəffaf polietilen ilə örtülü idi. Təxminən, eyni zamanda yeni nümunənin QN-10 adlandırıldığı da məlum oldu.

Nəhayət, noyabr 6-da hərbi-texniki sərginin açılışı oldu və qonaqlar TDDM-in perspektiv modelini bütün detalları ilə görə bildilər. Ayrıca prototipin müəllifi olan şirkət maşının yanında çin, ingilis, rus və ərəb dilləində məlumat lövhəsi də yerləşdirdi. Lövhələr layihənin bütün detallarını açıqlamasa da, onu maşının diqqətlə nəzərdən keçirilməsi ilə öyrənərək, mövcud fotoşəkilləri ciddi şəkildə tamamlamaq mümkündür.

Yeni məlumatlara görə, Çinin yeni TDDM-i "Wuhan Guide Infrared" kompaniyası tərəfindən hazırlanıb. Bu təşkilat müxtəlif elektron və optik sistemlərin yaradılması ilə məşğul olur. İndi kompaniya onun dizaynlarının xüsusi qabiliyyətli zirehli nəqliyyat vasitələrinin yeni layihələrində necə tətbiq oluna biləcəyini göstərir. Döyüş maşınının layihəsi QN-506 rəsmi təyinatına malikdir. Onun sinfi "multi-weapon combat vehicle", yəni "çox silahlı döyüş maşını" və ya "müxtəlif silahlarla mübarizə aparan vasitə" kimi tanınır. Məlumat lövhəsindəki məlumatın hərfi tərcüməsi çəkinmədən QN-506 TDDM-i "quru qoşun müharibəsinin yeni kralı" adlandırır.

Sərgidən qısa müddət öncə prototip

QN-506 TDDM prototipinin rəsmi nümayiş etdirilməsi onun "Tip 59" orta tank şassisi bazasında qurulduğunu təsdiq etdi. Standart qülləli korpusun yerinə, TDDM tankın qülləaltı funksiyalarını da yerinə yetirən "kəsik qutu" korpusuna sahib olub. Onun üzərində qüllənin çiyin qayışlı konusvari üst hissəsi yeləşdirilib. Yenidən qurulan korpus standart homogen zirehləri tamamlayan əlavə mühafizə də əldə edib.

Köhnə korpusun və yeni "kəsik qutu"nun ön tərəfləri yeni üst detallarla təchiz edilib. Korpus yan tərəflərdən kəsici ekranlarla örtülür. Zirehli vasitə yeni bir qüllə ilə təchiz olunub. Onun daxilində silahların bir hissəsi yerləşdirilən nisbətən kiçik bir qübbə də mövcuddur. Digər sistemlər yan örtüklərdə yerləşdirilir.

Korpusun damının künclərində bir neçə xarakterik formalı blok mövcuddur. Onların təyinatı məlum deyil, lakin görünür ki, Çin mühəndisləri TDDM-i lazer şüalanmasının aşkar edən sistemi ilə təchiz ediblər. Bu sistemin yalnız həyəcan siqnalı deyil, eyni zamanda avtomatik olaraq tüstü qumbaralarını buraxdığı da ehtimal edilir. Aktiv qorunma kompleksi aşkar şəkildə gözə dəymir.

Şirkət qüllənin mərkəz hissəsində 30 mm çaplı avtomatik bir topun qurulacağını təsdiqləyib. Bu top sovet/rus silahı olan 2A72-nin modelidir. Eyni qurğunun solunda 7.62 mm çaplı bir pulemyot da yerləşir. Cütləşdirilən pulemyot gilizlərin korpusun damına doğru istiqamətləndirilməsini təmin edir. QN-506-nın şəhər ərazilərində səmərəli işləyə biləcəyi iddia edilir. Bunun üçün, silah sistemlərinin maksimal qalxma bucağı 53 °-yə çatdırılıb.

Qüllənin ön tərəfində hər birində 3 ədəd tüstü qumbarası olan iki qumbaraatan qurğusu yerləşdirilib.

QN-506 sərgidə

Reklam şəklində olduğu kimi, təcrübəli tank dəstək döyüş vasitəsi də raket silahlarının istiqamətləndiricilərinə sahib bir cüt blok ilə təchiz olunub. Birləşdirilən atıcı qurğular qüllənin yan tərəflərində yerləşdirilir və ehtimal ki, lülə silahlarının mexanizmləri ilə əlaqəli olmayan öz şaquli tuşlama cihazlarına malikdir. Bloklarda 12 istiqamətləndirici mövcuddur. Blokun yuxarı yarısında olan iki sıranın hər birində beş istiqamətləndirici yerləşir, ikinci aşağı yarıcı isə yalnız iki daha böyük çaplı istiqamətləndiriciyə sahibdir. Blokun ön divarı raketlərin, arxa tərəfi isə qazların çıxması üçün dəliklərə malikdir. Dəliklər atəş zamanı qırılan qapaqlarla örtülüdür.

QN-506-nın döyüş sursat dəstinə adı açıqlanmayan növdən 20 ədəd idarəolunmayan raket daxildir. Bəzi mənbələrə görə, bu sursatlar 80 mm çapa malik olur. Bu cür silahların atəş məsafəsi 4 km səviyyəsində müəyyənləşdirilir. İdarəolunmayan raketlər düşmənin müxtəlif obyektlərinə təsirli hücum üçün uyğun, çoxməqsədli bir sursat kimi qəbul edilir. Sərgi pavilyonunda TDDM-in yanında belə bir raketin maketi də yerləşdirildi. Raket silindrik korpusa və sivri başlığa sahibdir. Korpusun baş və quyruq hissələrində qatlanan sabitləşdiricilər yerləşdirilib.

Aşağı istiqamətləndirici yan bloklarda dörd raket yerləşdirilir. Şirkət iki növ idarə olunan raketdən istifadə imkanını təmin edir. İlk raket 6 km-ə qədər atəş məsafəsinə sahib tank əleyhinə silahdır. Onun mərkəzi və quyruq hissələrində müxtəlif məqsədli qatlanan qanadlar mövcuddur. Raketin texniki xüsusiyyətləri dəqiqləşdirilmir. Onun tandem tipli kumulyativ döyüş başlığını daşıdığı və müasir tankları məhv etməyə qadir olduğu düşünülür.

Yeni korpus kəsiyi və qüllə

QN-506 TDDM çoxməqsədli qanadlı raketdən də istifadə edə bilər. Bu məhsul fərqli orijinal dizayna malikdir. Nəqletmə zamanı qanadlar və stabilizatorlar korpus boyunca uzadılan vəziyyətdə olur, lakin buraxıldıqdan sonra 90 ° yana və arxaya dönərək iki X-formalı sistem yaradırlar. Belə bir raketin bir itələyici pərə malik mühərriklə tamamlanması da maraqlıdır. Uçuş məsafəsinin 10 km olduğu ehtimal edilir.

Yeni TDDM layihəsi ətraf mühitin monitorinqini həyata keçirən qabaqcıl vasitələrlə təmin edilib. Əvvəllər məlum idi ki, qüllədə operatorun kombinə edilən, komandirin isə panoramalı nişangahı quraşdırılır. Bu cihazların hər ikisi mövcud texnologiyalar üçün standart bir cihaz dəsti olaraq təchiz edilir. Onlar gündüz və gecə kamerasını, lazer nişangahını və s. özündə birləşdirir. Son xəbərlərdən görünür ki, komandirin nişangahı qeyri-adi bir dizayna sahibdir. Onu korpusda və ya boruşəkilli dayaqda deyil, teleskopik bir maçtada quraşdırıblar. Bunun nəticəsində komandirin optik cihazları əhəmiyyətli dərəcədə yüksəyə qaldırılaraq müşahidə radiusu artırıla bilir.

Ekipajın əlavə "gözləri" kimi yüngül helikopter tipli PUA-ya sahib olduğu da bildirilir. Göründüyü kimi, nəqliyyat vasitəsində onun daşınması üçün bölmə nəzərdə tutulub. Lakin sərgi şəraitində PUA sadəcə maşının damına qoyuldu. PUA mühüm bir hündürlüyə qalxa bilir, zirehli vasitədən 10 km aralı məsafədə hərəkət edir və müvafiq olaraq müşahidə altında olan ərazinin ölçülərini artırır.

Yandan görüntü. Zirehli vasitənin yanında istifadə edilən raketlərin modelləri

Bütün müşahidə və tuşlama qurğuları silahların hamısında istifadəni təmin edən atəşi idarəetmə sistemi (AİS) ilə birləşdirilir. Ekipajın, eyni zamanda neçə hədəfə hücum edə biləcəyini də açıqlanmır. Maşının bəzi xüsusiyyətləri AİS-in eyni vaxtda fəaliyyət göstərə bilən ən azı iki hədəf kanalına sahib olduğunu deməyə əsas verir, lakin Çin mühəndisləri bu məlumatları da tam açıqlamırlar.

Müxtəlif silahlar daşıyan QN-506-nın yerüstü və hava hədəfləri ilə mübarizə vəzifələrini həll edə biləcəyi də iddia edilir. Yerüstü hədəflərlə mübarizədə silahın maksimum diapazonu raket kompleksinin imkanları ilə müəyyən edilir və 10 km-ə çatır. Hava hadəfləri ilə bu məsafə 6 km-ə qədərdir. Çin zirehli maşınının hansı hava hədəflərini məhv edə biləcəyi də məlum deyil. Yəqin ki, burada döyüş zonasının əsas təhdidləri hesab edilən taktiki təyyarələr və hücum helikopterləri nəzərdə tutulur. Top və pulemyot istifadə edilərkən, maksimum atəş məsafəsi müvafiq olaraq 4 və 2 km ola bilər.

Rəsmi məlumatda ekipajın tərkibi göstərilmir. TDDM-in görüntüsü onun üç nəfər tərəfindən idarə edilməli olduğuna işarə edir. Onların sərəncamında damda iki giriş qapağının (lyuk) olduğu da görünür. Yolu və döyüş sahəsini daha geniş müşahidə etmək üçün sürücü-mexanikin və komandirin zirehli örtüklü ön giriş qapaqları da diqqəti cəlb edir. Bundan əlavə, korpus ətrafında perimetr üzrə bir neçə videokameralar yerləşdirilib, bu isə istənilən şəraitdə maşının idarə edilməsini sadələşdirir.

Qüllə, sol tərəfdən görünüş

*****

QN-506 təcrübəli tank dəstək vasitəsinin ilk nümayişi mövcud məlumatları ciddi şəkildə zənginləşdirdi və bir sıra mühüm əlavələr də etdi. İndi daha dəqiq bir mənzərə tərtib etmək və maraqlı Çin layihəsini yenidən qiymətləndirmək mümkündür. Əvvəlcə qeyd etmək lazımdır ki, yeni məlumatların əsas hissəsi TDDM-i ən yaxşı tərəfdən işıqlandırır. Layihə əvvəl göründüyündən daha çox imkanların özündə birləşdirilməsini təmin edib.

Başlanğıcda, "Tip 59" tankının şassisindən istifadə edilməsinin ən uğurlu həll yolu olmadığına inanmaq üçün səbəblər mövcud idi. Belə bir silinməyə hazırlanan tankların şassisindən yeni TDDM-lərin yaradılmasında istifadə edilməsi istehsalın dəyərini ciddi şəkildə azaltmağa imkan verir. Eyni zamanda tanka yeni modullar quraşdırılsa da, onun zireh mühafizəsini ciddi şəkildə yaxşılaşdırmaq çətin olacaq. Bu isə döyüş sahəsindəki maşınların sağ qalmasına təsir göstərə bilər. Mühərrikin yenidən qurulması ilə bağlı dəqiq məlumatlar yoxdur, buna görə maşının hərəkətliliyi barədə müvafiq aspektləri qiymətləndirmək mümkün deyil.

Son məlumatlara görə, QN-506 maşınları üç növ raketdən istifadə edəcək iki tip atıcı qurğuya malikdir. Maşının silahlarının idarəetmə kompleksinin müxtəlif xüsusiyyətləri və vəzifələri olan raketlərdən istifadə etməsinin müsbət təsirləri danılmazdır. Ekipaj xüsusiyyətləri konkret hədəfə hücum etmək üçün optimal olan silahı seçmək imkanına malikdir. Təklif olunan qanadlı raketin hədəfləri 10 km-ə qədər olan məsafədə məhv edə bildiyini bir daha xatırladırıq.

Arxadan görünüş. Qüllə avadanlığı və arxa görüntü kamerası

"Wuhan Guide Infrared"dən olan dizaynerlər qrupu ekipajın şərait haqqında məlumatlarının artırılmasını təmin edib. Bunun üçün yeni və maraqlı qərarlar qəbul edilib. Beləliklə, komandirin panorama nişangahı teleskopik bir maçta üzərində quraşdırılıb, bu da ərazinin müşahidə olunmasını yaxşılaşdırıb. Maşının standart optik-elektron qurğuları PUA ilə tamamlanıb, həmçinin lazımlı kameralarla təchiz olunub. Kiçik ölçülü PUA daha uzaq məsafələrdə patrul vəzifələrini yerinə yetirməklə ordakı hədəflərin vaxtında aşkarlanmasına kömək edə bilir.

Həm reklam materiallarında, həm də tam həcmli prototip şəklində təqdim olunan yeni Çin layihəsi göstərdi ki, bir çox xarici mütəxəssislər tank dəstək döyüş vasitəsi konsepsiyasına ciddi maraq göstərirlər. Bundan başqa, Çin hərbçilərinin maraqları da lazımi qurğuların tam dəstinə sahib olan bir prototip şəklində həyata keçirildi. Xarici mühəndislərin mövcud TDDM-ləri kopyalamaması çox vacibdir, lakin onlar tanınan konsepsiyanı mövcud tələblərə və ehtiyaclarına uyğunlaşdırırlar.

QN-506 TDDM Çin inkişafının gələcək taleyi məlum deyil. Lakin onun Çin ordusunun silahlanmasına qəbul edilməsi və ya ixrac müqaviləsinin əsas predmeti olması şansları böyükdür. "Zhuhai" pavilyonundakı zirehli vasitənin prototipi potensial müştərilərin diqqətini cəlb edə bildi və satın alınmanın vacibliyini onlara "şəxsən" inandırmağa cəhd etdi. "AirShow China 2018" sərgisinin yeni vasitənin "yüksək ulduz nöqtəsi" olacağı da istisna edilmir. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək. Hazırda QN-506 TDDM maraqlı və perspektivli bir vasitə kimi çox cəlbedici görünür.

Məlumat Ryabov Krilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

"AirShow China 2018"də Çinin tank dəstək döyüş maşını - QN-506 (FOTOLAR)

2018/11/China-12336901640.jpg
Oxunub: 1199     10:42     14 Noyabr 2018    