ABŞ “Dynetics”lə 8,3 milyon dollarlıq müqavilə imzalayıb

2018/11/p1734-1541573125.jpg
Oxunub: 2229     10:51     07 Noyabr 2018    
ABŞ ordusu “Dynetics” şirkəti ilə taktiki kosmik dəstək nəqliyyat vasitələrinin istehsalı üçün müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Dynetics” şirkəti rəsmisi məlumat verib.

Məlumata görə, müqavilə ikiillikdir və illik opsiya dəyəri 8,3 milyon dollardır. Müqaviləyə əsasən, “Dynetics” taktiki kosmik dəstək nəqliyyat vasitələrinin inkişafı, sınaqdan keçirilməsi, inteqrasiya edilməsi və nümayişi işlərini öz üzərinə götürüb.

Qeyd edək ki, sözügedən müqavilə ABŞ Ordusu Kosmik və Raket Hücumundan Müdafiə Qüvvələri Strateji Komandanlığının irəli sürdüyü layihə əsasında imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dynetics   ABŞ   Müqavilə  


Bizi "telegram"da izləyin