PUA operatorlarının peşəkar hazırlığı – Hərbi ekspert (ARAŞDIRMA)

2018/10/drone-1540886408.jpg
Oxunub: 4133     12:00     30 Oktyabr 2018    
"Bu gün İngiltərədə və xaricdə heç bir universal kvalifikasiya mövcud deyil. Biz Böyük Britaniyada CAA tərəfindən verilən lisenziyaya sahibik, lakin bir gün yarımdan yeddi günə qədər davam edən təlimə qəbul üçün heç bir standart yoxdur. İngiltərə istehsalı olmayan standart PUA-lar da geniş yayılıb, bunların bir çoxu xarici təşkilatlar tərəfindən sertifikatlıdır. Operatorlar sayının artması ilə əlaqədar hadisələrin də sayı artıb. Bəzi hallar təmiz hadisə hesab edilə bilər, lakin əksəriyyəti qaydalar və normaların başa düşülməməsi ilə bağlıdır. Hadisələrin sayını azaltmaq üçün bilik və təlim səviyyəsini artırmalısınız".

PUA sayının sürətlə artması səbəbindən operatorların hərtərəfli peşəkar hazırlığına tələb kəskin şəkildə artıb.


PAK/MQ-9 "Reaper" Britaniya HHQ-nin keçmiş təlimçisi, "Rheinmetall" şirkətinin pilotsuz avisiya komplekslərinin operatorlarının hazırlıq Akademiyasının rəhbəri Şon Roberts

"Rheinmetall" tərəfindən Böyük Britaniyada 2014-cü ildə yaradılan RUSTA (Unmanned Systems Training Academy) şirkətinin pilotsuz avisiya komplekslərinin operatorlarının hazırlıq Akademiyası hərbi, polis və xilasetmə xidmətləri üçün yüksək səviyyəli hərbi və mülki PUA operatorları hazırlayan təlim mərkəzidir. "Rheinmetall" artıq bir neçə onillikdir ki, pilotsuz texnologiya ilə məşğuldur, Almaniya ordusu üçün KZO taktik PUA-sını hazırlayıb, hazırda isə orta hündürlükdə uzun müddət uça bilən "Heron" PAK bazasında yeni bir sistemin yaradılması üçün SAATEG proqramında "İsrail Aerospace Industries" (IAI) şirkəti ilə birlikdə iştirak edir.

RUSTA Akademiyası Bristol şəhərində fəaliyyət göstərir, fəaliyyətləri Mülki Aviasiya Administrasiyası (CAA) tərəfindən təsdiqlənib, onun məqsədi hər bir operatorun təhlükəsizliyə dair standartlara və CAA tərəfindən təyin edilən qanuni tələblərə uyğun şəkildə PUA-ları etibarlı şəkildə idarə edə bilməsidir.


Polis Bristoldakı RUSTA sınaq sahəsində kvadrokopter operatoru hazırlığını keçir

Doğru təlim almaq

Akademiyanın rəhbəri Şon Roberts, bu vəzifəyə 2014-cü ilin oktyabr ayında 22 il İngiltərə Hərbi Hava Qüvvələrində pilot olaraq xidmət etdikdən sonra təyin edilib. O, həmçinin MQ-9 PAK-nın təlimatçisidır və CAA-dan aviasiya sahəsində fəaliyyət göstərmək üçün lisenziyası mövcuddur.

"Bu gün İngiltərədə və xaricdə heç bir universal kvalifikasiya mövcud deyil. Biz Böyük Britaniyada CAA tərəfindən verilən lisenziyaya sahibik, lakin bir gün yarımdan yeddi günə qədər davam edən təlimə qəbul üçün heç bir standart yoxdur. İngiltərə istehsalı olmayan standart PUA-lar da geniş yayılıb, bunların bir çoxu xarici təşkilatlar tərəfindən sertifikatlıdır. Operatorlar sayının artması ilə əlaqədar hadisələrin də sayı artıb. Bəzi hallar təmiz hadisə hesab edilə bilər, lakin əksəriyyəti qaydalar və normaların başa düşülməməsi ilə bağlıdır. Hadisələrin sayını azaltmaq üçün bilik və təlim səviyyəsini artırmalısınız. Qaçaq operatorlara qarşı daha sərt bir mübarizə aparılmalıdır, qaydaları pozanlara qarşı isə ciddi cəzalar tətbiq edilməlidir. Coğrafi sərhədləri müəyyən etmək üçün GPS qlobal sistemini və ya radiotezliklərin müəyyənləşdirilməsini istifadə edən proqramın tərkib hissələrindən biri olan geozonaların daha ciddi qəbulu vacibdir", - deyə Roberts bildirir.


İngilis ordusunun "Watchkeeper" PUA-sı Aberport şəhərindəki "West Wales" Hava limanı üzərindən uçur. "Thales" bu hava limanına pilotların və təlim operatorlarının sınaqlarına yönəlik ciddi sərmayə qoyur

Bir qayda olaraq, yüngül kvadrokopterlər kimi kiçik ölçülü sistemlərin tədarükçüləri milli kvalifikasiya təşkilatlarını yaxşı tanıyır və tez-tez onlara informasiya xarakterli bukletlərində istinad edirlər, lakin bu hələlik 100%-li nəticə göstərmir. RUSTA iki fərqli kursda operatorlara təlim xidmətləri təklif edir. Böyük Britaniyadakı mərkəzlərdə keçirilən iki yarım günlük kursda (RPC(S) — Remote Pilot Certificate) məsafədən idarəetmə setifikatı verilir. Bu kurslarda istismar üzrə təlimat kimi bir sıra fənnlər mütləq olaraq öyrədilir, müxtəlif təbəqələrdən olan fərqli imkanlara malik namizədlər peşəkar operatora çevrilirlər.

İlk təlim günündən, ilk dərsdən etibarən namizədlərə bundan sonra milli hava sahəsini pilotlu vasitələrlə bölüşəcəkləri təbliğ edilir.

Yeddi günlük RPC (A) kursu isə xüsusi bir sahədə keçirilir. Tədris proqramı bütün hava şəraitində idarəetmə təlimləri də daxil olmaqla, zəruri mövzuların öyrənilməsini nəzərdə tutur. Buraya əməliyyat təlimatlarının və maliyyə hesabatlarının hazırlanması da daxil edilir. Uçuş sınaqları son günlərdə aparılır. RUSTA Akademiyasının RPC (S) və RPC (A) kursları tələbələrin ixtisaslı operatorlara çevrilməsinə kömək edən elektron təlim üsullarından geniş istifadə edir. Əsas elektron təlim modulları hava hüququ, uçuş qaydaları, meteorologiya, hava naviqasiyası və mülki aviasiya vasitələrinin müntəzəm olaraq yol verilməsi qaydalarından ibarətdir.


RUSTA sinif otaqlarında böyük ekranlar pilot təlim kurslarında tələbələr tərəfindən istifadə olunur

Yeni oyunçular gəlir

Böyük müdafiə şirkəti olan "Thales" də PUA pilotlarının hazırlanması üçün vəsait ayırmaqda qənaət etmir.

2017-ci ildə "Unmanned Warrior" müvəffəqiyyətli təlim sınaqlarından sonra "Thales", hərbi və mülki sektorların avtonom sistemlərinin sınaqları və inkişafı üçün ölkənin qərbində və cənub-qərbində iki təlim-sınaq mərkəzi qurdu. "Thales" bu iki mərkəzdə 60 daimi iş yeri açaraq 7 milyon manat sərmayə yatırdı.

"Thales" Britniyanın "Watchkeeper" (Avropanın ən böyük kəşfiyyat PUA proqramı) proqramının tətbiqini davam etdirmək üçün "British Wales" aeroportu ilə müqavilə imzalayan "Thales" son 10 il ərzində bu hava limanına və yerli iqtisadiyyata təxminən 10 milyon funt yatırmasına bazmayaraq, önümüzdəki iki il ərzində bu hava limanına təxminən 6 milyon funt sərmayə qoyacaq.

Digər bir Britaniya kommersiya təşkilatı olan RUAS (Resource Group's Unmanned Aviation Services) mülki PUA-lar üçün pilotların təlimi və hazırlanmasında iştirak edir. 2012-ci ildə təsis edilən RUAS Pilotsuz Aviasiya Mərkəzi, müxtəlif sənaye sahələri üçün hərbi və mülki PUA təlimində iştirak edir. Təlim zamanı ən yaxşı təcrübələrdən istifadə edilir. Mərkəz NATO və Britaniya Mülki Aviasiya Təşkilatının bütün tələblərinə cavab verir.

RUAS SAA tərəfindən akkreditə olunan ən qədim təşkilatdır. Ona 20 kiloqrama qədər olan helikopter tipli PUA operatorlarını qiymətləndirmək və təşkilatların fəaliyyətinə icazə vermək üçün səlahiyyət verilib. Xüsusi hazırlanan RPO-s (Remote Pilot Qualification-small) kursu operatorları yüksək keyfiyyətdə və təhlükəsizlik standartlarına uyğun şəkildə hazırlayır. O, müxtəlif strukturlar üçün, o cümlədən yanğınsöndürmə idarəsi, polis və ətraf mühitin monitorinqi təşkilatları üçün pilot hazırlayır. RUAS Mərkəzində yaxın günlərdə Balkan ölkələrindən gələn operatorlar təlim proqramını başa vurdular. Mina axtarışı və minaların təmizlənməsində PUA-ların istifadəsi bu gün üçün daha vacibdir. Çünki son iki il ərzində müxtəlif növ münaqişələrdə minaların birbaşa aktiv istifadəsi nəticəsində çox sayda ölü və yaralı qeyd olunub.


RUAS mərkəzində təlimatçılar Uels və Malayziyadan olan polisləri, həmçinin Kosovodan olan mina təmizlənmə qruplarını öyrədirlər

Tərk edilən mina sahələrinin axtarışında

"Landmine Monitor" qeyri-hökumət təşkilatı bildirir ki, dünyada piyada əleyhinə mina sahələri olan 61 dövlət mövcuddur. Mina sahələrinin və təhlükəli ərazilərin aşkarlanması üçün PUA-lardan istifadə etməyin üstünlüyü getdikcə artır, buna misal olaraq ANAMA-nın Azərbaycanda uğurlu fəaliyyətini göstərə bilərik.

"Landmine Monitor" əvvəlki ilin statistikalarını açıqlayaraq 1999-cu ildən bəri "partlayıcı qalıqları"nda zərər çəkənlərin ən çoxunun uşaqlar olduğunu bildirirdi. Ötən il dünyada hər gün orta hesabla 24 ədəd mina partlayışı hadisəsi baş verib. Hazırda risklərin azaldılması üçün təhlükəsiz və effektiv bir üsula ehtiyac var. Buna görə də problemin həlli üçün PUA-lar çox vacib rol oynaya bilər.

Fransa Dövlət Müdafiə Şurasının vəzifələrindən biri də Fransanın hərbi yeniliklərini müttəfiq hesab etdiyi ölkələrinin silahlı qüvvələrinə ötürməkdən ibarətdir. Fransa Müdafiə Nazirliyi Şurasının bir hissəsi olan "French Forces Training" mərkəzi təlim üzrə sertifikatlaşdırılan xidmətlər təklif edir. 2016-cı ilin iyul ayında Şuranın rəsmi olaraq PUA operatoru hazırlıq mərkəzi və "Aerienne 701" bazasında Beynəlxalq Akademik Aviasiya Tədris Mərkəzi açıldı. Fransa Hərbi Hava Qüvvələri bu ixtisas üzrə artan ehtiyaclarına cavab olaraq ixtisaslı PUA operatorlarını yetişdirmək potensialını artırır.

Hərbi Hava Qüvvələri Akademiyasının və Hərbi Hava Qüvvələrinin Baş Qərargahının dəstəyi ilə Beynəlxalq Akademik Aviasiya Tədris Mərkəzi, HHQ-nin PUA sahəsində bütün araşdırma, texnoloji yeniliklər, sistem qiymətləndirməsi, təlim və hazırlıq da daxil olmaqla bütün səlahiyyətlərini bir araya gətirir.


İş-Şevkiyadakı Malta Milli Aerokosmik Mərkəzi uçuş sınaqları və PUA operatorlarının təlimi ilə məşğul olur

Malta Təşəbbüsü

Malta yeni bir təşəbbüsə imza atıb və ümid edir ki, bu təşəbbüs adanın milli aerokosmik sahəsində üstünlük mərkəzlərindən birinə çevrilməsini təmin edəcək. Malta Milli Aerokosmik Mərkəzinin (MAM) məqsədi milli və Avropa sənayesi üçün böyük əhəmiyyət kəsb edən texnoloji sahələrdə tədqiqat və innovasiya mərkəzi kimi fəaliyyət göstərən təşkilat olmaqdan ibarətdir. Buna elmi-texniki bazanın və PUA operatorlarının təliminin inkişafı vasitəsilə nail olunacaq.

Hollandiyanın Aerokosmik Mərkəzi, Avropanın qabaqcıl bir mərkəzinə çevrilməsi üçün MAM-a texniki bilik və dəstək təmin etməyi qərara aldı. MAM Avropa, Afrika və Yaxın Şərq müştərilərinə yaxın olan coğrafi ərazidə, öz müştərilərinin ehtiyaclarını qarşılayacaq maddi baza ilə yüksək keyfiyyətli, aşağı qiymətli, praktiki təlim kurslarını təmin etmək məqsədi daşıyır. Təlim kompleksi Maltanın Qozo adasındakı İş-Şevkiya kəndində yerləşir. Əvvəllər bu ərazi rəsmi olaraq Heliport Qozo kimi tanınıb və 2006-cı ilədək Malta Beynəlxalq Hava Limanından müntəzəm helikopter uçuşları üçün istifadə edilib. Mərkəzdə 174 metr uzunluğunda, 10 metr enində 2 ədəd uçuş zolağı, 22 metrlik iki dayanacaq, anqar və yanğın stansiyası mövcuddur.

İş-Şevkiyadakı MAM təsisləri PUA-ların istismar şəraiti, logistika və kommunikasiya baxımından sınaqlar keçirmək üçün ideal variantdır. Aralıq dənizinin mərkəzindəki coğrafi mövqeyi və ada əhalisinin bütün il boyu istifadə etdiyi əlverişli iqlim şəraiti də bu üstünlüklərə əlavə edilir. Sınaq uçuşlarının keçirilmə meydançası bu sistemlərin əsas istehsalçılarına, universitetlərə, tədqiqat institutlarına və İHA operatorlarına əlçatandır. MAM uçuş sınaqları, anqarlar, təmir üçün vadanlıqlar, alətlər və avadanlıqlar üçün ofislər və uçuş məlumatlarının təhlili üçün xidmət və dəstəyi tam təmin edir, həmçinin PUA operatorları üçün təlim kursları da təşkil edir. Dəniz yaxınlığında olan MAM müştərilərə yer və dəniz üzərində uçuşlar və sınaqlar həyata keçirməyə imkan verir. Müştərilərin tələblərinə uyğun olaraq, MAM qısa və uzun uçuş sınaqlarına şərait yaradır. Mərkəz kiçik və orta təyyarə tipli PUA-lara, o cümlədən zolağdan qalxan bütün helikopter tipli aparatlara xidmət edir.

MAM təsisləri həm birbaşa görmə xəttində, həm də ondan kənarda, sahilə qədər məsafədən asılı olaraq Malta ərazisindəki sularda maksimum yüksəkliklərdə təlim uçuşlarının keçirilməsinə imkan verir. Belə geniş hava məkanı müxtəlif PUA texnologiyaları və onların tətbiqi, məsələn, sensor və toqquşmadan yayınma texnologiyalarının sınaqdan keçirilməsində, dənizdə axtarış və xilasetmə əməliyyatlarının aparılmasında və PUA-ların kommersiya təyyarələri ilə inteqrasiyası üçün uyğun hesab edilir. MAM təsisləri Hollandiya Aerokosmik Mərkəzinin geniş təcrübəsini də nəzərə almaqla, PUA-ların mülki hava vasitələrinə inteqrasiyası, aparatların sınaqları və təlim operatorlarının yoxlanılması üçün ideal bir məkandır.

MAM-ın məqsədi ayrıca hava sahəsində təlim kurslarının portfelini yaratmaqdan ibarətdir. Mərkəz həmçinin Malta və Hollandiyanın Mülki Aviasiya Administrasiyaları tərəfindən akkreditə olunan nəzəri və praktiki kurslarda yeni PUA pilotları üçün təlim keçirəcək. MAM həmçinin, bütün PUA-ların sənədlərinin, yer və hava təftişlərinin təhlili daxil olmaqla, texniki qiymətləndirmə xidmətlərini də təklif edir. MAM istehsalçılara təyyarə və helikopter tipli PAU-ların, pilotsuz aviasiya kompleksləri və əlaqədar texnologiyalar da daxil olmaqla, bütün məhsulları nümayiş etdirməyi də təklif edir. Bundan əlavə, müştəri yeni bir PUA satın aldıqda, Mərkəz onun idarə edilməsi üçün təcrübə imkanını da təmin edir.

Məlumat Aleks Alekseyevin yazıları əsasında işlənib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Hazırlıq  


Bizi "telegram"da izləyin