İnqilabi yenilik: İsrailin "Hero-400ES" gəzən döyüş sursatları - FOTO+VİDEO (ARAŞDIRMA)

2018/10/maxre-1540796721.jpg
Oxunub: 2483     11:08     29 Oktyabr 2018    
Təsəvvür edək ki, havaya bir partlayıcı, məsələn qumbara atdıq. Normal halda yerə düşüb partlamalıdır, əgər havada qalararaq müşahidə etməyə davam edirsə, bu artıq bizə yeni hədəf axtarıb tapmağa imkan verir. Bütün bunlar qəribə səslənir? Əslində qəribə səslənməsi də doğrudur, lakin bu xüsusiyyət yeni nəsil silahları - gəzən sursatlar konsepsiyasını daha dəqiq təsvir edir.

Hərbi təyinatlı PUA-ların üstünlükləri yaxşı məlumdur: onlar az görüntülü və məhv edilməsi nisbətən çətindir. Onların istifadəsi pilot kimi yüksək səviyyəli bir mütəxəssisin həyatına təhlükə törətmir.

PUA adətən kəşfiyyat üçün istifadə olunsa da, bildiyimiz kimi onların zərbə funksiyasına malik olan modelləri ("Orbiter", "Harop" və "Predator") də yaradılır. Onların köməyi ilə Silahlı Qüvvələrin yüksək dəqiqlikli raket hücumları təmin edilir.

"Predator"da pilot olmasa da, 4 milyon dollar dəyərində PUA-nın itirilməsi də təəssüf doğura bilər. Lakin, daha kiçik və daha ucuz vasitələr də mövcuddur. Ümumilikdə PUA istehsalı sənayesinin inkişafı getdikcə həm aparatın, həm də idarəetmə sisteminin qiymətinin azalmasına gətirib çıxarır. Artıq zərbə PUA-ları özündə həm kəşfiyyat təyyarəsinin, həm qırıcı-bombardmançının məhdud sintezini birləşdirir. Bu sahənin getdikcə daha da geniş inkişaf edəcəyi şübhəsizdir. "Orbiter" ailəsi və "Harop" barədə əvvəllər məlumat vermişik. Bu yazımızda isə Sizə fərqli xüsusiyyətlərə malik yeni "Hero" ailəsinin 400ES zərbə PUA-ları haqqında məlumat verəcəyik.


2017-ci ilin dekabrında nümayiş sınaqları zamanı "Hero-400ES"lərin geniş diapazonlu gəzən döyüş sursatı sabit bir obyekti vurur

"UVision Air" şirkəti, "Hero-400ES" gəzən sursatını (Electric, Cruciform - Elektrikli, Xaçşəkilli) 8-ci texnoloji səviyyəyə qədər yüksəltdi. Beləliklə, PUA-nın son inkişaf mərhələsi və istehsal modelinin ilkin yerləşdirilməsinin 2018-ci ilin sonuna qədər başa çatdırılacağı dəqiqləşdi.

"UVision Air" tərəfindən hazırlanan, benzin mühərriki və sərt düz qanadlarla təchiz edilən əvvəlki "Hero-400" sisteminin yeni modeli "Hero-400ES", adı açıqlanmayan podratçı şirkət tərəfindən xüsusi olaraq hazırlanan yeni elektrik mühərriki ilə fərqlənir. Aşağı akustik və istilik əlamətləri olan elektrik mühərriki yüksək sürətlə kreyser rejimində və aşağı sürətdə kilidləmə rejimində uçmağa imkan verir. Korpusun qatlanan xaçşəkilli quyruğu (eyni şirkətin "Hero-30" yüngül gəzən sisteminin pərləri kimi) ilə dəyişdirilən hissəsi, məhdud bir şəhər ərazisində sabit və hərəkətli hədəflərə qarşı traektoriyanın son hissəsində daha yüksək dəqiqliyi, uzun müddət uçuş vaxtını, qaldırıcı qüvvəni və manevr imkanını təmin edir.

Yeni sistemin uzunluğu 2.1 metr, qanad açılımı 2.4 metr və maksimum çəkisi 40 kiloqramdır. Əvvəlki "Неrо-400" modeli kimi, 400ЕС də sabit optik-elektron stansiyaya və 40-150 km-lik birbaşa görünüşdə ikitərəfli rabitə kanalı ilə təchiz olunub. Lakin döyüş rüjimində uçuşun müddəti 4 saatdan 2 saata qədər azaldılıb.


400ES sistemi bütün kəşfiyyat və müşahidə imkanlarını qoruyub saxlayır, lakin "Hero-400"ün əvvəlki versiyasında 8 kq ağırlığında olan qəlpəli-fuqas partlayıcı sursat daha geniş spektrdə hədəflərə, o cümlədən tanklara qarşı mübarizə aparmaq üçün daha ağır, 10 kq çəkidə yeni universal döyüş başlığı ilə əvəzləndi.

Təkmilləşdirilən tapşırıqların ləğv edilməsi funksiyası, kilidlənmə rejiminin avtomatik olaraq yenidən aktivləşdirilməsinə, sursatın yeni hədəfə yönləndirilməsinə və ya paraşütlə geri qaytarılmasına imkan verir. Fəaliyyət üçün optimal hündürlük 5500 metr, axtarış rejimində uçuş sürəti isə 90-240 km/saatdır.

Bir nəfər operator tərəfindən idarə olunan "Hero-400ES" sisteminə müştərinin istəyinə görə quru, dəniz və hava platformasına quraşdırıla bilər və ya katapultdan (istiqamətli relsdən) buraxıla bilər.

"Hero-400"ün əvvəlki versiyası, quyruğunun sabit konfiqurasiyasına görə katapultdan, benzin mühərriki ilə əlaqədar isə dəniz platformasından buraxıla bilmirdi.

"Uvision Air" şirkətinin nümayəndəsi, bildirib ki, onlar "Hero-400" apararatlarının orijinal versiyasına əsasən kəşfiyyat vəzifələri üçün ehtiyac duyulduğu üçün onun istehsalını bu günə qədər davam etdirirlər: "Hələ ki, "Hero 400" istehsal edilir, lakin gəzən sursat kimi yalnız 400ES məhsulu mövcuddur".


Hazırda gəzən sursat bazarında daha geniş radiusda fəaliyyət göstərən, daha böyük gəzən sursat sistemlərinə ehtiyac yaranıb. Şirkət bu məqsədlə 3 kq portativ konteyner sisteminə və 0.5 kq döyüş başlığına sahib, birbaşa görüntüdə 5-40 km məsafədə əlaqə kanalına və 30 dəqiqə maksimum uçuş müddətinə malik "Hero-30" sistemini modernləşdirərək "Hero-400ES" gəzən sursatı yaratdı. Hazırda şirkət, "Hero-30" sistemini daha modern bir səviyyəyə çatdırmaq üçün ABŞ-ın "Raytheon" korporasiyası ilə "Lethal Miniature Aerial Missile System" (LMAMS) proqramı çərçivəsində birləşib.

Bu arada, şirkət öz 400ES sistemini bazara təqdim etməkdədir. 2017-ci ilin dekabrında adı açıqlanmayan "strateji" müştərilər üçün ilk sistemin nümayişləri keçirildi. Şirkətin açıqlamasına görə, nümayişlər "hərəkət edən maşının və şəxsin müxtəlif əməliyyat ssenarilərindəki nümunəsində istifadə edilən sursat hədəflərin izlənməsi və ələ keçirilməsi, həmçinin zərbə funksiyanın yerinə yetirilməsinin ləğv edilməsi qabiliyyətini təsdiqlədi. Hədəflərin yüksək dəqiqliklə məhv edilməsi imkanları da nümayiş etdirildi".

"Hero-400ES" sisteminin hazırlanması başqa bir sistemin inkişaf tarixini bir az ləngitdi. Konteynerdən buraxılan 12.5 kq ağırlığında "Hero-120" taktiki gəzən sursat sistemi, zirehli obyekt və qurğularla yaxın məsafələrdə mübarizə aparmaq üçün nəzərdə tutulurdu. 4.5 kq-lıq döyüş başlığı və sabitləşdirilən optik-elektron kameraları olan elektrik motorlu "Hero-120" sistemi 60 dəqiqəlik uçuş müddətinə və 60 km-ə qədər əlaqə kanalına malikdir. "Hero-120" sisteminin son hazırlıqları 2015-ci ilin sonuna planlaşdırılsa da, "Hero-400ES" sisteminə diqqətin artırılması bu fəaliyyətləri ləngitdi. Şirkət rəsmiləri, "Hero-400ES" sursatlarının bazara çıxarılmasından sonra "Hero-120"nin inkişafının tamamlanacağını bildirirlər.


Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hero-400ES   Hero   UVisionAir  


Bizi "telegram"da izləyin