Ordu.az xəbər verir ki, hesabatda bu çərçivədə son dövrlərdə aparılan ən böyük layihələrdən biri kimi “Bluefin Robotics Corporation” firmasının ABŞ donanması üçün tətbiq etdiyi “Knifefish” proqramı göstərilib.
Bildirilir ki, dünya hərbi sahəsində robotlara olan ehtiyacın artması istiqamətində genişlənməkdə olan trend və eyni zamanda süni zəka texnologiyaların inkişafı bu bazarın qarşıdakı 10 il ərzində sürətli böyüməsini proqnozlaşdırmağa imkan verir.
Məlumata görə, bazarın əsas istehsalçı şirkətləri arasında “Lockheed Martin”, “Thales”, “Amazon”, “Boeing”, “Microsoft”, “Google” kimi şirkətlər var.
Ağalar Ağalarlı
Ordu.az