Səhralardan cəngəlliklərə qədər hətta şəhərlərdə belə, piyadalar müxtəlif missiyaları yerinə yetirmək üçün xidməti tüfənglərinə etibar ediblər.
Bu yazıda məhz ən yaxşı beş silah və XXI əsrdə baş verən müharibələrin onları necə dəyişdiklərinə işıq tutulacaq.
M4 Karabin

İlk dəfə Kolt tərəfindən “UAE” üçün müqaviləni yerinə yetirməkdən ötrü hazırlanan M4 karabin, daha sonra ABŞ Ordusu və dəniz donamması xidmətinə qəbul edildi. M4 karabini M16A2 döyüş tüfənginə çox oxşayır lakin, M16-nın 20 düyümlük barelinə nisbətən daha qısa – 14.5 düyümlük bir barelə malikdir. M16A2 kimi M4 karabini 30 mərmilik xəzinədən 5.56 millimetrlik dəyirmi mərmilərlə yanaşı yarımavtomatik və üç qat partlayış rejminə sahibdir.
Son zamanlar M4 ilə döyüş təcrübəsindən sonra ABŞ ordusu silahları M4A1 standartına yüksəltməyə qərar verib. A1 karabinləri ardıcıl atəş zamanı daha dəqiq nişan almaq üçün sıx lüləyə, inkişaf etdirilmiş zərbə-tətik mexanizminə, çoxtərəfli təhlükəsizlik nəzarətinə və tam avtomatik atəş açma qabiliyyətinə malikdir.
SA8oA2 tüfəngi

Britaniya Quru Qoşunları, Donanması və Hərbi Hava Qüvvələrinin başlıca xidmət silahı olan “SA8o” hücum tüfəngi ilk dəfə 1980-ci ildə L1A1 silahının əvəzinə istifadəyə verilib. Bu tüfəng “bullpup” konfiqurasiyalıdır, xəzinə və hərəkətli mövqe zərbə-tətik mexanizminin arxasında yerləşir. Bu onun daha kompakt silah sistemi olmasına imkan verir. M4A1 kimi “SA8oA2” mərmiləri də 5.56 millimetr çaplıdır və eyni xəzinəni qəbul edə bilir.
ABŞ karabinindən fərqli olaraq, Britaniya modeli qazların hərəkəti nəticəsində silahın yenidən doldurulması sistemindən istifadə edir. 2002-ci ildə müxtəlif çatışmazlıqları aradan qaldırmaq məqsədilə silah təkminləşdirildi ki, bu da silahın etibarlılığını kifayət qədər yüksəltdi. Əlavə olaraq Britaniya qüvvələri “SA8o”ları bir sıra birlik ölkələrinə də satıb. Lakin heç vaxt geniş şəkildə xarici satışlar gerçəkləşməyib.
FAMAS

“Fusil d Assaut de la Manufacture d Armes de Sint-Etienne” ya da FAMAS hücum tüfəngi 1970-ci illərin sonlarında Fransa tərəfindən istifadəyə verilib. Bu hücum silahı “SA8oA2” kimi “bullpup” konfiqurasiyalıdır ki, bu da standart 25 mərmilik xəzinə və 5.56 millimetr çaplı mərmidən istifadə etdiyi mənasına gəlir. GIAT tərəfindən istehsal edilən bu tüfəng 19 düyümlük bir lüləyə malikdir ki, bu da təxminən bir tüfəng uzunluğu deməkdir. Silah 3,61 kiloqram ağırlığındadır. Maraqlısı budur ki, standart piyada hücum tüfənglərindən fərqli olaraq, FAMAS gecə atışları üçün radioaktiv tritium görmə qabiliyyətinə, çevrilə bilən 2 ayaqlı dayaq və lülənin üstündə xəzinəyə malikdir. Hal hazırda “FAMAS” Fransa Ordusu tərəfindən “Heckler və Koch 416” ilə əvəz edilir.
HK 416 ∕ M 27

Şübhəsiz ki, “Heckler və Koch 416” hücum silahı M 4 karabindən bir addım öndədir. Xarici görünüşcə M4-ə oxşayan bu tüfəng, daxildə qazların hərəkəti nəticəsində silahın yenidən doldurulması sistemindən istifadə edir və bu M4 tərəfindən istifadə edilən sistemin eynisi deyil. M 4 və HK 416 eyni mərmi xəzinələrinə və 5.56 millimetr çaplı mərmiyə malik olarkən, HK 416-nın daha uzun – 16 düyümlük lüləsi var və bu onun zərbə mənzili ilə sürətində artım təmin edir. HK 416, ABŞ Dəniz Donammasında M 27 avtomatik piyada tüfəngi adı ilə istifadə edilir.
AK-47M

AK-74M Rusiya Quru Qoşunlarının standart silahıdır. Silah 1970-ci ildə AK-47 silahının əvəzinə hazırlanıb. Bu iki silah bir-birinə çox oxşardır. Aralarındakı ən böyük fərq isə, AK-47-nin yüngül, 5.45 millimetr çaplı mərmilərdən istifadə etməsidir. 30 mərmili xəzinə ilə təchiz edilmiş bu silah Əfqanıstanın Sovetlər tərəfindən işğalı çərçivəsində geniş istifadə olunub. AK-47M silahı əsasən, hava qüvvələri, dəniz piyadaları və Almaniyada yerləşən şərti ordu vahidlərində istifadə edilib.
Aytəkin Vəliyeva
Ordu.az