Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin rəsmisi polkovnik Qlen Din bildirib.
Onun sözlərinə görə, əldə edilməsi planlaşdırılan texnologiyalar reaktiv zireh plitələri, lazer xəbərdarlığı və s. qabiliyyətlərdir.
O, həm də bildirib ki, eyni zamanda tankdan atılan kinetik enerjili dəlici silahlara qarşı müdafiə sistemlərinin hazırlanması üçün də təkliflər paketi hazırlanıb.
ABŞ QQ-nin inventarında olan zirehli döyüş vasitələri ilə bağlı layihələrinə də toxunan polkovnik hazırda üç proqramın nəzərdən keçirildiyini bildirib. Bu proqramlar Mobil Qorunan Atəş Gücü Həlli, Zirehli Çoxməqsədli Vasitə və Yeni Nəsil Döyüş Vasitəsidir.
Ağalar Ağalarlı
Ordu.az