Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
Açıqlamada qeyd olunub ki, istehsal olunacaq yeni qırıcılar KF-X təyyarələridir.
Bildirilir ki, Cənubi Koreya 2026-cı ilə kimi qırıcının ilkin prototip versiyasını təqdim edəcək. Bundan sonrakı 2 il ərzində isə təyyarələrin kütləvi istehsalı həyata keçiriləcək. Bu müddət ərzində 120 ədəd KF-X qırıcısının istehsal edilməsi planlaşdırılır ki, bunların 70-i Cənubi Koreyada, 50-si isə Seulun İndoneziyadakı istehsal mərkəzində həyata keçiriləcək.
Açıqlamada o da əlavə edilib ki, bu qırıcılar istehsal edildikdən sonra ordunun xidmətindəki F-4 və F-5 təyyarələrini əvəzləyəcək.
Dəyanət Ağalarlı
Ordu.az