Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Zap, Avaşin-Basyan, Hakurk, Qara və Kandil bölgələri istiqamətində hava hücumlarını davam etdirir.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, TSQ-yə məxsus döyüş təyyarələrinin sözügedən bölgələrə endirdiyi hava zərbələri nəticəsində PKK-ya aid sığınacaq, silah deposu və s. olmaqla ümumilikdə 28 hədəf yerlə-yeksan edilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Şimali-İraq
Kandil