Rus parlamentari: NATO-nun planları Rusiyaya təhdid doğurmur

2018/07/Снимок_1531297716.png
Oxunub: 407     16:27     11 İyul 2018    
NATO-nun öz hərbi gücünü artırması ilə bağlı planları Rusiyaya heç bir təsir göstərməyəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Viktor Bondarev bildirib.

O qeyd edib ki, NATO-nun son həftələrdə qəbul etdiyi qərarlar Rusiya üçün heç bir təhdid doğura bilməz.

“ABŞ Müdafiə Sənayesi sadəcə olaraq şişməyə davam edən şardır. Baxmayaraq ki, Vaşinqton özünün hərbi uğurlarından ağız dolusu danışır, lakin ortada olan sadəcə bir illuziyadır. Böyük hərbi xərclər heç də göstərici deyil. NATO-nun hərbi xərclərin artırılması ilə bağlı planları sadəcə olaraq statistikanı dəyişəcək. Belə olmasaydı 800 milyard hərbi büdcəyə sahib NATO, 65 milyard hərbi xərcləri olan Rusiyadan bu qədər çəkinməzdi. Demək ki, rəqəmlərə aldanmamaq lazımdır. Bundan sonrakı mərhələ üçün də NATO-nun öz hərbi xərclərini artırması ilə bağlı planları Rusiya üçün təhlükəli sayıla bilməz”, - deyə parlamentari bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   NATO    

Rus parlamentari: NATO-nun planları Rusiyaya təhdid doğurmur

2018/07/Снимок_1531297716.png
Oxunub: 408     16:27     11 İyul 2018    