Ordu.az Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, marş zamanı motoatıcı bölmələr şərti düşmənin hücumunu dəf edib, ərazinin qayalıq olan mürəkkəb hissələrini gecə görmə qurğularından istifadə etməklə gecə şəraitində qət ediblər.
Motoatıcı bölmələrin şəxsi heyətinin gecə və gündüz şəraitində atış, taktiki, tibbi, xüsusi hazırlıq və döyüş maşınlarının idarəedilməsi üzrə normativlərin icra olunmasına diqqət yetirilib.
Bununla yanaşı, hərbi qulluqçular “Strelec” kəşfiyyat idarəetmə və müasir rabitə komplekslərinin, həmçinin 6-cı nəsil “Azard” radiostansiyalarının istismarı və tətbiqini öyrənəcəklər. Motoatıcı bölmələrin hazırlığına 1000-dən artıq hərbi qulluqçu və 100 ədəd hərbi texnika cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az