Vaşinqton müttəfiqlərinin Əfqanıstandakı qoşunlarını artırmasını istəyir

2018/07/1050130385_1531291599.jpg
Oxunub: 2787     14:47     11 İyul 2018    
“Birləşmiş Ştatlar müttəfiqlərinin Əfqanıstandakı hərbi mövcudluğunu artıracağına ümid edir”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi danışıb.

Onun sözlərinə görə, Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının effektivliyinin artırılması üçün ölkədə əlavə qüvvələrə ehtiyac duyulur. Bu baxımdan ABŞ artıq bu ilin əvvəlində Əfqanıstana 800 nəfərlik yeni batalyon göndərib.

“Bütün müttəfiq və partnyor dövlətlər geridə qoyduğumuz illərdə missiyaya əhəmiyyətli töhfələr verib. Lakin onların daha çox dəstəyinə ehtiyac var. Buna görə də missiyaya qoşulan ölkələrin əlavə əsgər göndərəcəyinə ümid edirik”, - deyə sözçü bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   NATO   ABŞ  


Bizi "telegram"da izləyin