Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror aktı Deranın Zayzun şəhərində baş verib.
İŞİD-in bir qolu olaraq tanınan “Xalid ibn Əl-Valid Ordusu” qruplaşmasının Suriya-İordaniya-İsrail sərhəddi yaxınlığındakı ordu bölmələrinə hücumu nəticəsində 10-a qədər hərbçi həlak olub, azı bir o qədər də yaralı var.
Qeyd edək ki, hücumdan sonra terror qruplaşması ərazidəki Yarmuk düşərgəsinə nəzarəti ələ keçirib.
Dəyanət Ağalarlı
Ordu.az