Ordu.az TASS-a istinadən xəbər verir ki, rəsmilər ölkənin polis, xilasetmə xidməti, sərhəd mühafizəsi, müdafiə qüvvələri, gömrük və təcili yardım xidməti tərəfindən istifadə edilən VIRVE kommunikasiya şəbəkəsində ağır yüklənmə olacağından ehtiyat edirlər.
Finlandiya Daxili İşlər Nazirliyi Xilasetmə Xidməti sədrinin müavini Yanne Koyvukoski görüş zamanı şəbəkədəki məlumat axınının qonaqların və onların təhlükəsizlik xidməti əməkdaşlarının olduğu yerə fokuslanacağını bildirib.
O qeyd edib ki, ölkə rəsmiləri sammit zamanı təhlükəsizliyin təminatı üçün ABŞ və Rusiya prezidentlərinin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edəcəklər.
Ağalar Ağalarlı
Ordu.az