Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terrorçulara məxsus olduğu ehtimal edilən hərbi ləvazimat Deradan tapılıb.
Məsələ ilə bağlı Suriyadakı Rusiya Koordinasiya Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, son 24 saat ərzində ordu qüvvələri 16 ədəd tank və piyada döyüş maşınını müsadirə edib.
Həmçinin aşkar edilən silah-sursata 5 ədəd top, 55 ədəd iri çaplı puemyot, 3 ədəd təyyarə əleyhinə zenit qurğusu və 14 ədəd tank əleyhinə raket tapılıb.
Məlumatda bildirilir ki, ələ keçirilən silah-sursat və hərbi texnika bölgədə daha öncə fəaliyyət göstərən “Şabab Əl-Sünnəh” və “Ceyiş Əl-Mühacirin” terror qruplaşmalarının istifadəsində olub.
Qeyd edək ki, silaharın bir çoxunun ABŞ istehsalı olduğu iddia edilir.
Dəyanət Ağalarlı
Ordu.az