Əfqanıstanda terror hücumu: 10 nəfər həlak olub

2018/07/thumbs_b_c_fdc6ae923110b4d231c940130682df2b_1531218780.jpg
Oxunub: 2069     18:28     10 İyul 2018    
İŞİD terror qruplaşması Əfqanıstanda təhlükəsizlik xidməti qüvvələrinə terror hücumu həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin Nangərhar vilayətində baş verib.

Məsələ ilə bağlı məlumat bildirən bölgə rəhbərliyinin sözçüsü Əttəullah Xoqyani bildirib ki, İŞİD terrorçuları ordunun ərazidəki nəzarət postuna hücum edib.

Rəsmi mənbələrin bildirdiyi rəqəmlərə əsasən baş verən terror aktı nəticəsində 2 təhlükəsizlik əməkdaşı və 8 mülki vətəndaş həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terror   İŞİD  


Bizi "telegram"da izləyin