Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Müdafiə Nazirliyi tərkibindəki Silahsızlaşma və Sülh Araşdırmaları Mərkəzinin sədri Valentin Badrak bildirib.
O qeyd edib ki, bu addım tərəflər arasında ilkin mərhələ üçün inteqrasiyanın və təcrübə mübadiləsinin daha da dərinləşməsinə səbəb olacaq.
“Əgər Kiyev NATO-ya üzv ola bilmirsə, onda ilkin mərhələdə ölkədə NATO bazasının açılmasına çalışmalıdır. Bunun üçün gərəkli bütün maliyyə ehtiyacları da qarşılanmalıdır. Əsas məqsəd NATO-nun verdiyi üstünlüklərdən yararlanmaqdırsa, bu, üzv olmadan da mümkündür. Əfqanıstanda biz bunun analoqunu görmüşük. Üzv olmamasına baxmayaraq Əfqanıstan çox effektiv şəkildə alyansın verdiyi üstünlüklərdən yararlanıb. Fikrimcə, ilkin mərhələ üçün Ukrayna da bunu etməlidir. Eyni zamanda Ukraynada NATO bazasının açılması daha sonrakı mərhələdə ölkəmizin təşkilata üzvlüyünə də zəmin yarada bilər”, - deyə Badrak bildirib.
Dəyanət Ağalarlı
Ordu.az