Pompeo Əfqanıstanın “Taliban”la danışıqlara getmə səylərini dəstəkləyib

2018/07/6BEA3753-2788-4BE9-B9EF-AC927A6E7658_cx16_cy9_cw70_w1080_h608_1531213685.jpg
Oxunub: 3523     17:21     10 İyul 2018    
Elan edilməyən səfərlə gözlənilmədən Əfqanıstana gedən ABŞ Dövlət katibi Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, o, görüş zamanı Əfqanıstan hökumətinin “Taliban”ı danışıqlar masasına gətirmə səylərinə öz dəstəyini ifadə edib.

“Biz bu danışıqlarda iştirak etməyə, onu təşkilatlandırmağa, Əfqanıstan xalqının öz aralarındakı müxtəliflikləri həll etməsinə kömək etməyə hazırıq”, - deyə Pompeo bəyan edib.

Pompeo və Qani ABŞ-ın Əfqanıstandakı 17 illik strategiyasını da müzakirə ediblər. Pompeo strategiyanın “Taliban”a açıq mesaj olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pompeo   Əfqanıstan   ABŞ  


Bizi "telegram"da izləyin