"Pompeo" sözünə uyğun 282 nəticə tapıldı!

Pompeo ilə Əfqanıstan prezidenti arasında telefon danışığı olub

2019/07/6BEA3-1564121133.jpg
Oxunub: 566     11:43     26 İyul 2019    
ABŞ dövlət katibi Mayk Pompeo ilə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər arasındakı danışıq zamanı əsas müzakirə mövzusu Əfqanıstanda müharibənin başa çatdırılması olub.

“Məsələ ilə bağlı növbəti addımların atılması üçün Kabilə ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla ölkənin Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmaya Xəlilzadəni göndərmişəm”, - deyə Pompeo bildirib.

Qeyd edək ki, iyulun 22-si ABŞ lideri Donald Tramp açıqlama vermişdi ki, əgər Amerika Əfqanıstandakı müharibədə qalib gəlsə, o zaman həmin ölkə 10 gün ərzində xəritədən silinəcək. Açıqlamadan sonra Rəsmi Kabil Vaşinqtondan məsələyə aydınlıq gətirməsini istəmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   ABŞ