Rusiya öz ərazisinin qərb sərhədlərində hərbi quruculuq işlərini artırıb. Bəzi peyk fotoları bu ilin mart və iyun ayları ərzində Rusiyanın Kalininqradda silah-sursat deposu inşa etdiyini göstərir.
Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, yeni hərbi quruculuq işləri əsasən Rusiyanın Polşa ilə sərhəd bölgələrində aparılır.
Kalininqrad Rusiyanın Baltik dənizində Litva və Polşa arasında yerləşən ərazisidir. 2016-cı ildə Rusiya buraya SS-26 “İsgəndər” raketləri yerləşdirib. Eyni zamanda burada azı bir ədəd S-400 zenit raket batareyasının yerləşdirildiyi məlumdur.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Kalininqrad
Polşa