Hindistan ikinci aviadaşıyıcısına doğru irəliləyir

2018/07/Снимок_1531204989.png
Oxunub: 1952     14:36     10 İyul 2018    
Hindistan HDQ özünün ikinci aviadaşıyıcısının istehsalını daha da sürətləndirmək istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəhəng gəminin 2030-2032-ci illərdə hazır olması planlaşdırılır.

Hindistan Donanmasından yayılan məlumatda bildirilib ki, gəminin istehsalı ilə bağlı ilkin qərar 2005-ci ildə verilib və istehsalının bundan sonra daha 12-14 il çəkə biləcəyi ehtimal olunur. Bu da donanma rəhbərliyini narahat edən səbəblərdəndir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi aviadaşıyıcının istehsalının sürətləndirilməsini istəyir.

Qeyd edək ki, 65-70 min ton ağırlıqda olacaq yeni aviadaşıyıcının saatda 56 kilometr maksimum sürətə sahib olması planlaşdırılır. “Vishal” yəni nəhəng adı verilən yeni gəminin indiki dəyərlə 12 milyard dollara başa gələcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin