İraqlı hərbçilərə qarşı hücum edən terrorçu məhv edilib

2018/07/iraq-conflict_4629b1ec-b954-11e7-83cc-689513d74e1b_1531203785.jpg
Oxunub: 4034     14:17     10 İyul 2018    
İraqın Diyala bölgəsində İŞİD terror qruplaşmasının daha bir üzvü zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama İraq Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, terrorçunun məhv edilməsi məqsədi daşıyan əməliyyat Diyalanın Baquba şəhərindən 10 kilometr məsafədə baş verib.

Bildirilir ki, terrorçu zərərsizləşdirilərkən onun əlində "kalaşnikov" avtomatı və qumbara olub ki, bu da onun başqa bir terror hücumu həyata keçirmək planından xəbər verir.

Qeyd edək ki, zərərsizləşdirilən terrorçu daha öncə İraq Quru Qoşunlarının 18-ci piyada briqadasına terror hücumu həyata keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin