Əfqanıstanda böyük əməliyyat: İŞİD-in "paytaxtı" ələ keçirildi

2018/07/4E12EF7300000578-5936029-image-a-25_1531180425835_1531201755.jpg
Oxunub: 2596     13:48     10 İyul 2018    
İŞİD-in Əfqanıstandakı "paytaxtı" hesab olunan Deh Bala şəhəri ABŞ və Əfqanıstanın birgə əməliyyatı nəticəsində terrorçulardan azad olunub.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, Əfqanıstanın Pakistanla sərhədindəki Deh Bala şəhərində aparılan əməliyyat aprelin sonunda başlayıb və demək olar ki, iyunun əvvəllərində başa çatıb.

Məlumata görə, əməliyyatda 600 ABŞ Yaşıl Beretlisi və 3 əfqan bələdçisi iştirak edib. Əməliyyat zamanı müttəfiq qüvvələrdən heç bir itki qeydə alınmayıb.

ABŞ-ın Birinci Xüsusi Təyinatlı Qüvvələr Qrupundan olan polkovnik-leytenant Coş Tiel bildirib ki, bölgə terrorçuların əsas maliyyə və logistika mərkəzi idi. Həmçinin İŞİD buradan Kabil və Cəlalabada qarşı hücumlara hazırlıq üçün istifadə edirdi.

Bir neçə gün ara vermədən davam edən ağır döyüşlər iyunun əvvəllərində başa çatıb. Əməliyyat nəticəsində şəhərin azad edilməsi ilə yanaşı, ümumilikdə 167 terrorçu məhv edilib, böyük həcmdə silah-sursat isə ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   İŞİD  


Bizi "telegram"da izləyin