Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum Yəmənin Ləhc vilayətində baş verib.
Qiyamçılara yaxın mənbələrin yaydığı məlumata əsasən Ləhcin Kərəş və Əl-Qəbitəh şəhərləri yaxınlığında baş verən hücumlar zamanı koalisiya qüvvələrinin çox sayda üzvü ölüb və yaralanıb.
Həmçinin endirilən raket zərbələri nəticəsində koalisiya qüvvələrinə məxsus 1 ədəd zirehli döyüş maşının yararsız hala salındığı bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az