“Əgər güclü ordun varsa, niyə şikayət edirsən?” - Prezident

2018/07/ilham-1531155506_1531159737.jpg
Oxunub: 2098     00:55     10 İyul 2018    
“Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülür”

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı bildirib ki, bizim hərbi potensialımızın əyani sübutu keçən ay keçirilmiş hərbi paraddır.

"Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim ordumuz aparıcı ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.

Prezident, həmçinin qeyd edib ki, Aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun gücünü göstərdi: "Qarşı tərəf bunu bilir və onların beynəlxalq təşkilatlara müraciəti əslində məğlubiyyətin etirafıdır. Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən?".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  


Bizi "telegram"da izləyin