Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əfqanıstanlı siyasi ekspert Şəfiq Həmdəm bildirib..
Onun fikrinə əsasən NATO sammitində Əfqanıstanla bağlı əldə ediləcək qərarlar yaxın gələcəkdə ölkənin taleyini kökündən dəyişə bilər.
“NATO əgər “Taliban” və terrorçu qruplaşmalara qarşı mübarizədə mövqeyinin daha da sərtləşdirilməsi ilə bağlı qərar qəbul etsə, onda Əfqanıstan qısa bir zamanda tamamilə fərqli ölkə olacaq. NATO sammitində qəbul ediləcək qərarlardan sonra “Taliban”sız yeni bir dövrün başlanğıcına şahidlik edə bilərik”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, 11-12 iyul tarixlərində baş tutacaq sammitdə Əfqanıstan nümayəndə heyəti də iştirak edəcək.
Dəyanət Ağalarlı
Ordu.az